Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Qəzetçinin həqiqət savaşı

Qəzetçinin həqiqət savaşı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Professor Qafar Çaxmaqlı “erməni məsələsi”nin dünyada tanınmış araşdırmaçısıdır

İç Anadoluda, Kayseri şəhərində yerləşir sayılıb-seçilən Ərciyəz Universiteti. Adını şəhərin 20 kilometrliyindəki möhtəşəm Ərciyəz dağlarına yaraşdırıb qoyublar. Təhsil ocağı böyük bir ərazidə, gözəl park və meydançalarla, rəngarəng güllüklər və yaşıllıqlarla əhatə olunub. Məhz bu adlı-sanlı universitetin “Erməni araşdırmalar bölümü”nün (kafedra) başqanıdır həmyerlimiz, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlı.

Professor Qafar Çaxmaqlı 16 il əvvəl Ərciyəz Universitetində pedaqoji fəaliyyətə başlamazdan əvvəl uzun illər Azərbaycan mətbuatında jurnalist kimi çalışıb. İti, kəsərli qələmi, qətiyyətli mövqeyi, seçkin publisistikası ona kifayət qədər populyarlıq gətirib. Ötən əsrin sonlarında ölkəmizdə qəzet bumu yaşananda, o, bir neçə populyar mətbu nəşrin rəhbəri olub. Fikrimcə, mövqeyini, həyat kredosunu tez-tez dəyişənlərdən olmadığı üçün əvəzində iş yerlərini dəyişməli olub, bu zaman heç vaxt əqidəsinə xilaf çıxmayıb, yalnız və yalnız dövlətçiliyimizə, milli maraqlarımıza xidmət göstərib.

2010-cu ilin oktyabrında Ərciyəz Universitinin rektorluğu ondan Türkiyədə ermənişünaslıq sahəsində gənc, səriştəli kadrlar yetişdirmək üçün adını çəkdiyimiz bölümə rəhbərlik etməsini xahiş edib. Bütün ruhu, ağlı, zəkası ilə türkçülüyə qırılmaz tellərlə bağlı olan Qafar müəllim, təbii ki, bu missiyanı boynuna götürməyə bilməzdi. Onu da bilirdi ki, çox şeyi sıfırdan başlamaq lazım gələcək. Bu, onu əsla qorxutmayıb. Azərbaycanlı professor ilk gündən var gücü ilə çalışaraq, etimadı doğruldub.

Tanınmış türkoloq, Bakı Avrasiya Universitetinin (BAAU) professoru Seyfəddin Altaylı Qafar Çaxmaqlının universitetdə bölümə rəhbərlik etməsi ideyası meydana çıxanda, uzun illər yaxından tanıdığı, işgüzarlığına və yüksək intelektinə bələd olduğu professorun ilk mənəvi dəstəkçilərindən olub. O, bu barədə söz düşəndə dedi: “Qafar Hoca çox ciddi və məsuliyyətli insandır. Ərciyəz Universitetində qısa vaxt kəsiyində rəhbəri olduğu bölümdə son dərəcə səmimi və işgüzar mühit yarada bilib. Türkiyənin özündən, eləcə də digər türk dövlətlərindən bura oxumağa gələn tələbələrin tədris prosesində dərin biliklər əxz etmələri üçün çox iş görüb. İlk növbədə, təcili olaraq bir neçə əsas fənn üzrə nümunəvi dərsliklər yazıb. Professor Çaxmaqlının gərgin əmək qoyaraq hazırladığı “Türk-erməni” və əksinə, “Erməni-türk” lüğətləri neçə illərdir tələbələrin karına gəlir.”

Seyfəddin müəllim sonra ona xas səmimiyyətlə əlini sinəsinin üzərinə qoyaraq dedi: “Mənə inanın, hazırda Ərciyəz Universiteti ermənişünaslıq üzrə Türkiyənin ən mötəbər elm mərkəzlərindən biridir. Bölüm başqanı professor Çaxmaqlının sorağı isə son illər dünyanın ən müxtəlif ölkələrində tez-tez keçirilən nüfuzlu konfrans və simpoziumlardan gəlir. Harada “erməni məsələsi”, saxta “erməni soyqırımı” müzakirə edilirsə, oraya dəvət edilmək üçün ilk yada düşən isimlərdən biri, bəlkə də birincisi professor Qafar Çaxmaqlı olur. Bu mövzunu bütün incəlikləri ilə onun qədər dərindən bilən ikinci alim, araşdırmaçı tapmaq, həqiqətən, çox çətindir!”

...Hörmətli oxucu, burada sizə Qafar Çaxmaqlının erməni dilini harada və necə mükəmməl səviyyədə öyrəndiyinə dair qısa bilgi verməyə ehtiyac duyuruq. Professorun dünyaya 70 il əvvəl göz açdığı Çaxmaq kəndi bu gün Ermənistan adlandırılan ölkənin Ağbaba mahalında, Türkiyə ilə sərhəddə yerləşir. Bəllidir ki, “soyuq müharibə” illərində Sovet İttifaqı Türkiyəni özünün bir nömrəli düşmənlərindən sayırdı. Təbii ki, bütün qərbi azərbaycanlılar kimi, çaxmaqlılar da taleyin acı istehzası ilə Sovet Ermənistanının vətəndaşları olaraq, uzun onilliklər boyu özlərini qəfəsdə hiss edirdirlər. Soydaşlarımız orada çox çətin, hüquqsuz vəziyyətdə yaşamağa məhkum olmuşdular. Onların qəlblərində yalnız əl uzatsalar əllərinin çatdığı, lakin səslərinin yetmədiyi Türkiyəyə, böyük türk xalqına sonsuz bir rəğbət və sevgi vardı.

Çaxmağı əsas sakinləri tarixən azərbaycanlılar olsalar da, Ermənistan hökuməti buraya az sayda olsa da erməni ailələrinin digər yerlərdən gətirilərək məskunlaşmasına nail olmuşdu. 1960-cı illərdə onların çoxu “rahat həyat” dalınca kənddən böyük şəhərlərə köçmüşdü, amma yay aylarını sərin suyu, təmiz havası, axarlı-baxarlı təbiəti ilə insanı valeh edən Çaxmaqda keçirməyə üstünlük verirdilər. Böyüklərdən fərqli olaraq, uşaqlar, təbii ki, etnik zəmində ayrı-seçkiliyin nə olduğunu hələ bilmirdilər. Həmin illərdə kiçik Qafar erməni həmyaşıdları ilə bütün yayı futbol oynayıb, necə deyərlər, top qovub. O, yad dilləri tez qavramaq qabiliyyəti sayəsində erməni dilində artıq uşaq yaşlarından sərbəst danışa bilirdi.

Məktəbin yuxarı siniflərinə qalxdıqca ermənicə biliklərini daha da təkmilləşdirən Qafar Çaxmaqlının 1980-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib o dövrdə Bakıda erməni dilində nəşr olunan Azərbaycan KP MK-nın orqanı, ermənicə “Kommunist” qəzetinə təyinat üzrə ədəbi işçi vəzifəsinə qəbul edilməsi tələbə yoldaşlarını təəccüblənməyib. Bu təklifi o zaman jurnalistika fakültəsinin dekanı, professor Tofiq Rüstəmov verib. Qafar hörmətli müəlliminin təşəbbüsünə etiraz etməyib. Yeni iş yerindəki erməni jurnalistlər isə bundan xeyli narahat olublar. Eyni zamanda, “türk balası”nın erməni ədəbi dilində sərbəst yazmaq qabiliyyətini görüb öz təəccüb və heyranlıqlarını gizlədə bilməyiblər.

Düz 9 il erməni dilində nəşr olunan “Kommunist” qəzetində işlədi gənc jurnalist Qafar Çaxmaqlı. O, 1989-cu ilədək əvvəlcə redaksiyanın özündə, bir müddət sonra isə qəzetin Cəlilabad şəhərində yerləşən müxbir postunda “Cənub bölgəsi üzrə zona müxbiri” vəzifəsində uğurla çalışdı. 1980-ci illərin sonlarında ermənilər Kremlin fitvası ilə Dağlıq Qarabağda qeyri-qanuni separatçılıq hərəkatına başlayanda, Ermənistanın tarixini və siyasətini yaxşı bilən jurnalist Qafar Çaxmaqlı ermənilərin yaxın və uzaq keçmişdəki siyasi oyunları və təxribatları mövzusunda çox sayda məqalə və şərhlər yazaraq qəzet və jurnallarda dərc etdirdi. Onun erməni millətçilərinin Dağlıq Qarabağla bağlı saxta iddialarını ifşa edən kəskin yazıları o dövrdə ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanırdı.

Qafar Çaxmaqlı 1990-cı illərin əvvəllərindən isə doğma dilində “Vətən səsi” (1990-1991-ci illər), “Xalq qəzeti” (1991-1992-ci illər), “Millət” (1992-1993-cü illər), “Yeni Azərbaycan” (1993-cü il), “Vətəndaş” (1993-1995-ci illər), “Avrasiya” (1995-1996-cı illər) və “Respublika” (1996-1999-cı illər) qəzetlərində şöbə müdiri, redaktor müavini və redaktor vəzifələrində çalışarkən, müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin ictimai-siyası həyatında baş verən mühüm tarixi proseslərlə bağlı çox sayda aktual, dərin məzmunlu yazılar dərc etdirib, bununla da özünü peşəkar qəzetçi və bacarıqlı redaktor kimi təsdiqləyib.

Hörmətli yubilyarımızın əmək bioqrafiyasının ən parlaq səhifələrindən biri 1999-2000-ci illərdə Türkiyə hökumətinin “erməni məsələsi” üzrə müşaviri vəzifəsində çalışdığı zaman etibarı ilə qısa, məzmunca çox məhsuldar dövr sayıla bilər. O vaxt Türkiyədə keçmiş ittifaqdan ayırılaraq müstəqilliyini elan etmiş Ermənistan Respublikasının daxili və xarici siyasəti barədə kifayət qədər məlumatlar yox idi. Məhz bu boşluğun aradan qaldırılmasında azərbaycanlı müşavirin əməyi az olmayıb. Konkret misal çəkə bilərik. 1999-cu ildə Ermənistan parlamentində 8 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi barədə Qafar Çaxmaqlının operativ şəkildə hazırladığı analitik hesabatdan rəsmi Ankara son dərəcə məmnun qalıb. Həmin sənədi Türkiyənin o vaxtkı baş naziri Bülənd Ecevit də şəxsən oxuyub və həmin vaxt Qarsa ezam olunmuş müşavir Qafar Çaxmaqlıya öz imzası ilə “Təşəkkürnamə” göndərib.

O, ailə vəziyyəti ilə əlaqədar 2000-ci ildə Bakıya dönərək 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinə rəhbərlik edib və eyni zamanda, BDU-nun jurnalistika fakültəsində dərs deyib. “Erməni məsələsi” ilə əlaqədar tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu (1890-1920-ci illər erməni və Türkiyə mətbuatının materialları əsasında”) mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. O illərdə Qafar Çaxmaqlının “Qars adlı vətən” (2000), “Erməni məsələsi” tarixin izi ilə” (2008), “Dağlıq Qarabağ işğaldan sonra və əvvəl” (azərbaycanca və türkcə, 2011) elmi-publisistik kitabları işıq üzü görüb. O, jurnalistika sahəsində “Qızıl qələm”, “Dan ulduzu”, “Ustad” və s. mükafatlara layiq görülüb. 2005-ci ildə Azərbaycan mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Professor 2004-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının sədridir. Qısa müddət “Yeni Avrasiya” qəzetinin baş redaktoru vəzifəsində çalışıb, 2007-ci ilin fevralından Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının (MAJL) Ermənişünaslıq Mərkəzinin rəhbəri kimi bu sahədə sistemli tədqiqatlar aparıb. 2023-2025-ci illərdə “Xalq qəzeti”nin Türkiyə üzrə müxbiri vəzifəsində çalışıb. Son 3 ildə onun qəzetdə Türkiyənin ictimai-siyasi həyatını geniş işıqlandıran 100-ə yaxın reportajı, şərhi, məqaləsi dərc olunub

Ərciyəz Universitetinin pedaqoq və tələbələri hər dəfə növbəti tətilə çıxanda Qafar müəllim özünün təbirincə desək, “Vətəndən Vətənə – Azərbaycana” gəlir. Bakıda isə onun ölkəyə gəlişini eşidən kimi, televiziya və internet kanallarının müxbirləri canlı müsahibələrə dəvət edirlər. O, jurnalistlərə böyük həvəslə ən müxtəlif mövzularda müsahibələr verərək ölkədə, regionda və dünyada baş verən proseslər barədə öz fikirlərini bölüşür. Əlbəttə, son illərdə “erməni məsələsi” ilə bağlı apardığı araşdırmalar, nəşr etdirdiyi yeni kitablar barədə də məlumatlar verir (Biz bu kitabların təkcə adlarının xeyli yer tutacağını nəzərə alaraq onları bir-bir sadalamaq istəmirik). Onun yüksək iş qabiliyyəti və məhsuldar elmi fəaliyyəti, sadəcə, heyranlıq doğurur.

...Professor Qafar Çaxmaqlı əvvəlki həvəs və şövqlə Ərciyəz Universitetində ermənişünas kadrların hazırlanması missiyasını davam etdirir. Onu daxilən məmnun edən hal həm də budur ki, bu gün onun çox sayda yetirmələri həm qardaş Türkiyədə, həm də digər türk dövlətlərində diplomatiya və başqa sahələrdə məsul vəzifələrdə çalışır, “erməni məsələsi” ilə bağlı həqiqətləri bütün dünyaya çatdırırlar. “Bizim sıralarımız sıxlaşdıqca, gücümüz, qüvvətimiz artır!” – deyir professor.

P.S. Sabah professor Qafar Çaxmaqlının 70 yaşı tamam olacaq. Bu məqamda “uzun, incə bir yoldayam, gediyorum gündüz-gecə” deyən ünlü Aşıq Veysəlin gözəl misraları yadıma düşdü. Düşünürük ki, Qafar müəllim də taleyin ona bəxş etdiyi ömür payını xalqının, millətinin tərəqqi və intibahına həsr etdiyi üçün xoşbəxt insandır. Bilir ki, sevimli qızı Günay bu dəfə də onu Kayseriyə yola salanda boynunu qucaqlayıb dönə-dönə tapşıracaq: “Ata, qurbanın olum, özündən muğayat ol!”

Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri