Icma.az
close
up
RU
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 29 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyaya səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Qazaxıstan dövlət başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, siyasi dialoqun dərinləşdirilməsi və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezidentlər iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsini və strateji əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutan Birgə Bəyanat imzalayıblar. Bəyanatda enerji keçidi, xammal tərəfdaşlığı, nəqliyyat-logistika əlaqələri və mühüm regional infrastrukturların inkişafı sahəsində əməkdaşlığın vacibliyi vurğulanır.

Sənəddə hər iki prezident Trans-Xəzər Nəqliyyat Dəhlizinin Asiya ilə Avropa arasında nəqliyyat və ticarət şəbəkəsi üçün strateji əhəmiyyətini vurğulayıblar. Dövlət başçıları nəqliyyat əlaqələrinin şaxələndirilməsinə, ticarət əlaqələrinin dərinləşməsinə və iqtisadi dayanıqlılığın gücləndirilməsinə töhfə verən etibarlı və rəqabətli bir marşrut kimi Trans-Xəzər Nəqliyyat Dəlizinin daha da inkişafını alqışlayıblar.

Sonra Frank-Valter Ştaynmayer və Kasım-Jomart Tokayev Berlində təşkil olunmuş Almaniya-Qazaxıstan Biznes Forumunun açılış mərasimində iştirak ediblər. Almaniya Prezidenti Forumdakı çıxşında iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, Qazaxıstanın Mərkəzi Asiyada Almaniyanın əsas ticarət tərəfdaşı olduğunu bildirib.

Qazaxıstan Prezidenti səfər çərçivəsində Almaniya Kansleri Fridrix Merts ilə də görüşüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri