Icma.az
close
up
RU
Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox Hamar Quluzadə yazır

Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox Hamar Quluzadə yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Belə bir deyim var: "Qəzetlə nazir də öldürmək olar,milçək də". Bir çox nəzəriyyəçilərin fikrincə qəzet dünya jurnalistikasının ilk "qaranquşudur".  Elə həmin nəzəriyyəçilər qəzet erasının başa çatdığını da deyirlər. Bu mövcud durum Azərbaycanda da öz əksini tapıb. Çünki qəzetlər köşklərdə günlərlə qalır,saralır...

Amma dünya ölkələrinin əksəriyyətdə belə deyil. İstər qardaş ölkə Türkiyə olsun,istərsə də Avropada qəzetlər kifayət qədər oxunur.

Yeni media deyilincə,daha çox düşünülən tərif: internet,internet texnologiyasıdır. Amma yeni medianın bu tərifi də ehtiva edərək daha geniş bir şərhi olmalıdır. Yeni media ilə əlaqədar ilk şərh daha çox məlumatın paylanmasıyla əlaqədar amma yeni medianın içində istifadəçi də aktiv ola bilir. Bir tərif etmək lazım olsa yeni media; yeni çıxan texnologiyalar və bunların istifadəsi və eyni zamanda köhnə texnologiyalar üçün inkişaf etdirilən yeni üsullardır. Bu yeni üsullara nümunə olaraq: e-book, internet qəzetləri, dijital olaraq çıxarılan animasiya və 3D filmlər verilə bilər.

Yeni Media – bu sahə barədə demək olar ki, hər kəsin məlumatı var, lakin onun əslində bu ifadə ilə adlandığını və necə böyük şaxələrə bölündüyünü hər adam bilmir.

Yeni Media ənənvi mediadan çox da fəqlənməsə də və onun inkişafının nəticəsi olsa da ondan bir sıra kriteriyalarda müəyyən dərəcədə fəqlənir. 1980-ci illərə kimi bütün KİV-ləri çap və analoqlu görüntüyə əsaslanan məlumatlardan, yəni televiziya, qəzetlər və radiodan ibarət idi. Lakin son 25 ildə informasiyanın yayılması və cəmiyyətə çatdırılması sahəsində çox ciddi və sürətli irəliləyişlər, inkişaf nəzərə çarpmağa başladı. Bunlar internet və kompüterin yaranması ilə bağlı oldu. Elə köhnə media vasitələri də Adobe, MS Office proqramlarında yığıldığına görə yeni texnologiyanın inkişafı üçün zəmin yaranmış oldu.

Ənənəvi media isə geniş və fərqli anlayışdır: qəzet,radio,televiziya və s.

Bəs,yeni medianın yaranması ənənəvi jurnalistikanı "öldürdümü?"

Bu mövzunu araçdırarkən ekspertlərdən aldığımız fikirlərə nəzər salaq.

İlk sualımız yazıçı Anara oldu "Sizcə, insanlara, oxuculara böyük ənənəsi və tarixi olan yazılı mətbuat, çap mediası-qəzetlər, jurnallar lazımdır, yoxsa, son illər “yeni media” adı meydana gələn internet mediası-saytlar, portallar və sair?

Yazıçı Anar bildirib ki, son bir-iki ay ərzində qəzetləri oxumur və odur ki, bu yöndə mediada, cəmiyyətdə gedən fikir dartışmalarından xəbərsizdir: “Son bir-iki ay olar ki, qəzetlərin heç birini oxumuram. Niyə? Çünki əlimdə çox vacib işim var. Qəzetlərin  hamısı yığılıb toplanıb stolumun üstündə. Gəlsəniz görərsiniz. Yəni, ona görə də  təxminən   ay yarımdır heç bir şeydən, söhbətlərin heç birindən xəbərim yoxdur. Ancaq ümumi şəkildə onu deyə bilərəm ki, əlbəttə, bütün hallarda  qəzetlər qalmalıdır. Qəzetlərin ənənəsi var, tarixi var, öz yeri və rolu var”. Xalq yazıçısı eyni zamanda deyib ki, insanlara, oxuculara, izləyicilərə, kütləyə bütün materiallar – istər ciddi, istərsə də yüngül adlandırılan materiallar lazımdır. Ancaq onun sözlərinə, əsas xəbərlərdir, ciddi materiallardır, ciddi söhbətlərdir:

“Əlbəttə, bunlar qəzetdə də, internetdə də yer almalıdır. Amma indi bəzi adamlar sırf əyləncə xarakterli yazılarla maraqlanırlar. Onları da küsdürmək olmaz. Bu da onların  öz zövqüdür və ona görə həmin materiallar da yer almalıdır. Amma, əlbəttə, daha ciddi məsələlər ətrafında söhbət getməlidir, insanları maarifləndirən yazılar təqdim olunmalıdır. İnsanların zövqünü korlamaq olmaz”. Xalq yazıçısı həmçinin bildirib ki, istər ənənəvi, çap mediası qalmalıdır, istərsə də, yeni media adlandıranlar: “Mənim fikrimcə, qəzetlər də qalmalıdır, jurnallar da qalmalıdır,  onlar heç də yeni media ilə bir-birilərinə mane olmurlar. Onlar ayrı şeydir, bunlar ayrı şey”.

Araşdırma üçün 2016-cı ildə BDU,jurnalistika fakültəsi müəllimləri tərəfindən nəşr olunan "Ənənəvi mediadan internet mediasına doğru" kitabına nəzər saldım. Samir Mirzəyev kitabda çıxan məqaləsində belə yazıb:

Artıq neçə müddətdir ki, "jurnalistika" anlayışı "ənənəvi" və "internet" adlı 2 qismə bölünüb. Və bütün dünyada olduğu kimi ölkəmizdə də internet jurnalistikası ənənəvi jurnalistika sıxışdırmaq üzərədir. Bu gedişatla bir neçə müddət sonra ənənəvi media tarix səhifələrinə qovuşa bilər. Artıq bunu əksər öndə gedən qəzet və jurnal redaktorları da təsdiq edirlər.

Sualımızı Akif Aşırlı və Rəşad Məcidə də verdik. Elə onların cavabları da digər nəticələr ilə üst-üstə düşürdü.

Qəzetlər niyə bütün dünyada oxunur,Azərbaycanda yox?

Bəlkə internet Azərbaycanı tamamilə "ələ alıb"?

Bəlkə Azərbaycanda çap olunan qəzetlərin formatı,mətnləri məqalələri oxuyucu üçün maraqsızdır?

Həm ənənəvi media həm də yeni mediada işləyən jurnalist Qoşqar Bəylərov isə məsələyə bu cür yanaşdı: Mənə görə bu mövzu subyektivdir və konkret ölkəyə xasdır. Bunu biz qlobal tendensiya kimi qəbul etməməliyik. Bir çox məşhur qəzetlər var ki, The Times, Vashington post və s,bu gün də çox böyük tirajlarla oxuyucuların qabağına gəlir. Hətta Türkiyənin bəzi yerlərində insanlar səhərlərini qəzetlə açırlar desək yanılmarıq. Azərbaycanda isə biz bunu görmürük. Qəzetlər adətən köşklərdə qalır. Bunun əsas səbəblərindən biri iqtisadi məqamdır. İkincisi, qəzetlər aşağı yuxarı bir birlərini təkrarlayırlar. Həm dizayn həm yazı baxımından.

Qoşqar Bəylərov son olaraq bildirib: düşünürəm ki,abunə kompniyaları,təşviq edici addımların həyata keçirilməsi bu böhranı aradan qaldıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 İyun 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri