Icma.az
close
up
RU
“Qəzza yaşayış üçün yararsızdır, əhali üçün başqa yer tapılmalıdır“ ABŞ Dövlət katibi

“Qəzza yaşayış üçün yararsızdır, əhali üçün başqa yer tapılmalıdır“ ABŞ Dövlət katibi

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İsrail müdafiə naziri ərəb əhalisinin Qəzzadan çıxmasına yaşıl işıq yandırıb..."

ABŞ dövlət katibi Marko Rubio yenidən Amerika administrasiyasının fikrini dilə gətirərək bildirib ki, Qəzza bölgəsinin əhalisi daha uyğun yaşayış yerlərinə köçürülməlidir.

Moderator.az xəbər verir ki, bu barədə "news.obozrevatel.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, Mərkəzi Amerika ölkələrinə səfəri çərçivəsində Dominikan Respublikasına gələn Rubio jurnalistlərə açıqlamasında bildirib ki, Qəzza təkcə dağıntılara görə yox, həm də partlamamış sursatların və güclü silahların, o cümlədən HƏMAS-dan qalan silah-sursatın çox olması səbəbindən yaşayış üçün yararsızdır.

"Biz Qəzza bölgəsindəki mürəkkəb vəziyyəti həll etməliyik, lakin əhali hələ də oradadır və onlar üçün uyğun yer tapmalıyıq. Bura yaşayış üçün yararsızdır, ona görə də insanların geri qayıtması mümkün deyil. Onlar başqa yerdə yaşamalıdır. Fələstin xalqının taleyindən narahatlığını ifadə edən ölkələrin təşəbbüs göstərib hərəkətə keçməsinin vaxtıdır", - ABŞ Dövlət katibi vurğulayıb.

O, müxtəlif ölkə rəhbərlərinə irad bildirərək qeyd edib ki, onlar "Qəzza sakinlərinin taleyinə görə narahat olduqlarını bildirir, amma onları xilas etmək üçün real addımlar atmağa hazır deyil".

Son günlərdə ABŞ prezidenti Donald Tramp və administrasiyasının nümayəndələri dəfələrlə Qəzza əhalisinin digər ölkələrə-İsraillə həmsərhəd ölkələrdən tutmuş uzaq Afrika bölgələrinədək köçürülməsinin vacibliyini bəyan edib.

Bu, ərəb dünyasında və Avropanın solçu siyasətçiləri arasında ciddi narazılıq doğurur, lakin Amerika hakimiyyəti bu ideyanı israrla irəli sürməkdə davam edir. 

Dünən yayılan məlumatlara görə, ABŞ administrasiyası Qəzza sakinlərini Afrikanın separatçı bölgələrində yerləşdirmək və bunun əvəzində həmin bölgələrin beynəlxalq səviyyədə tanınmasını təmin etmək planını müzakirə edir.

"İsrail müdafiə naziri ərəb əhalisinin Qəzzadan çıxmasına yaşıl işıq yandırıb..."

İsrail müdafiə naziri İsrael Kats hərbi rəhbərliyə Qəzzanı tərk etmək istəyən ərəblərin maneəsiz çıxışını təmin edəcək operativ plan hazırlamaq göstərişi verib.

Nazir Katsın sözlərinə görə, bu plan quru sərhəd keçidlərindən çıxış, habelə dəniz və hava yolu ilə çıxışı təmin edəcək xüsusi razılaşmaları da əhatə edəcək.

Müdafiə naziri xatırladıb ki, beynəlxalq konvensiyalara əsasən, Qəzza sakinlərinin "bütün dünyada qəbul edildiyi kimi, sərbəst hərəkət və miqrasiya hüququ var".

Bundan öncə məlumat verilib ki, İspaniya və İrlandiya hakimiyyət orqanları artıq Qəzza qaçqınlarını qəbul etməyəcəklərini bildirib, çünki "Qəzza Fələstin dövlətinin bir hissəsi olmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri