Qəzza zolağında çadırların 93% i sığınacaq üçün yararsızdır
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Qəzza zolağında məcburi köçkünlərin qaldığı çadırların 93 faizi dağılıb, yaşayış üçün yararsız hala düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisinin müdiri İsmayıl əs-Səvabiti Anadolu Agentliyinə açıqlamasında bildirib.
Rəsmi açıqlamalara görə, bölgədə qurulan 135 min çadırdan 125 mini dağılıb.
Onun sözlərinə görə, İsrailin mart ayından bəri davam etdirdiyi sərt mühasirə səbəbindən yeni çadırların gətirilməsi mümkün deyil, həmçinin humanitar yardım vasitələrinin bölgəyə daxil olmasına icazə verilmir.
Bu vəziyyət Qəzzada minlərlə məcburi köçkünün açıq havada, ağır şəraitdə qalmasına səbəb olub.

Qəzza zolağında atəşkəs üçün ümid var Əraqçi
08 Dekabr 2024 00:26
İsrail Qəzzaya çadırların və mobil evlərin çatdırılmasını əngəlləyir
17 Fevral 2025 09:19
Fəlakətdən qazanc güdənlər: Zəlzələdən sonra çadırların qiyməti qalxdı
25 Aprel 2025 07:36
İsrail Ordusu Qəzzaya yenidən çadırların daşınmasına icazə verəcək
17 Avqust 2025 09:18

