Icma.az
close
up
RU
Qəzza zolağında ən son vəziyyət VİDEO

Qəzza zolağında ən son vəziyyət VİDEO

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəzzada aclıq fəlakəti getdikcə böyüyür. Hazırda Qəzza zolağında ilk dəfə olaraq fəlakətli aclıq vəziyyəti elan edilib. Qida çatışmazlığı yaralıların yaralarının sağalmağına da imkan vermir. 

Aya adlı bu qəzzalı qızın vəziyyəti də acınacaqlı hal alıb. 

Gununsesi.info-nun xəbərinə görə, belə ki, o, hazırda 28 kilodur.

Onun bu görüntülə ürək dağlayır.

15 yaşlı bir qızın bu hala düşməsindən kədərli nə ola bilər?!

Ancaq o da Qəzzada aclıqdan əziyyət çəkənlərdən sadəcə biridir. 15 yaşlı Aya evdə İsrailin hava hücumu nəticəsində yaralanıb. Amma qida çatışmazlığı, çəkisinin bu qədər azalması onun sağalmasına imkan vermir.

Ayanın atası Yousef Sbeteh deyib:

“Qızımın çəkisi 47 kilo idi. Qida çatışmazlığı, şəhərdə qiymətlərin baha olması səbəbindən hazırda onun çəkisi 28-29 kiloqrama düşüb. Onun çoxsaylı əməliyyatlarının uğursuzluğu, səhhətinin pisləşməsi, sağala bilməməsinin əsas səbəbi normal qidalana bilməməyidir”. 

Digər bir zərərçəkən isə Aya-nın qardaşı Əhməddir.

Əhməd də bacısı kimi yaralıdır və qida çatışmazlığı səbəbindən günü-gündən də vəziyyəti pisləşir.

Eyni ilə qəzzalı Kərəm də oxşar səbəbdən əziyyət çəkir.

O, belə demək olarsa, bir dəri qalıb, bir sümük. Kərəm 67 kilodan 35 kiloya düşüb.

Kərəmin atası Atef Akoumeh deyir ki, oğlu yardım gətirməyə gedərkən yaralanıb:

“Una ehtiyacımız var idi. Kərəm yardım paylama məntəqəsinə un gətirməyə getdi və İsrail tankından açılan güllə nəticəsində kürəyindən yaralandı. Arxasında güllənin girişi, qarnında isə güllənin çıxış izi var”, – deyə o, bildirib.

Qeyd edək ki, Qəzzanın blokadası səbəbindən aclıqdan ölənlərin sayı 281 nəfərə çatib. Onlardan 114-ü uşaqdır. 1 gün əvvəl də ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığı səbəbindən səkkiz nəfər həyatını itirib. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı fələstin anklavında ilk dəfə olaraq fəlakətli aclıq vəziyyəti elan edib. Qəzza administrasiyasının məlumatına görə, İsrail iyulun 27-dən avqustun 20-ə qədər fələstinlilərə humanitar yardımın çatdırılmasını qismən bərpa etdikdən sonra 2 187 yük maşınının zolağa daxil olmasına icazə verib ki, bu da əhalinin yardım ehtiyacının heç 15 %-ni ödəmir. Zolaqda 5 yaşına qədər hər altı uşaqdan biri kəskin qida çatışmazlığından əziyyət çəkir. İsrail isə aclıq elanını rədd edərək, bunu “açıqca yalan” adlandırıb. Əraziyə yardımın ötürülməsindən məsul olan İsrail hərbi agentliyi hesabatı rədd edərək, onu “yanlış və qərəzli” adlandırıb. HƏMAS-ı yardımdan yayınmaqda günahlandırıb. Təqdim olunan görüntülər Qəzzadan ən son gələn görüntülərdir. Deyr əl Bələh şəhərinə havadan humanitar yardım paketləri atılır.

O da bildirilir ki, hazırda İsrail-Qəzza sərhədinə tanklar toplaşıb. İsrail baş naziri Benyamin Netanyahu bir neçə gün əvvəl Qəzza şəhəri üzərində nəzarətin qurulması və HƏMAS terror təşkilatının son məğlubiyyəti ilə bağlı planlarını təsdiqləyib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri