Icma.az
close
up
RU
Qəzzada aclıq artır

Qəzzada aclıq artır

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin Qəzzada apardığı soyqırım müharibəsində həlak olan fələstinlilərin sayı 62 min 966 nəfərə çatıb. Dünya Ərzaq Proqramı Qəzzada aclığın kritik səviyyədə olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə , son 24 saatda İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 22-si yardım işçisi olmaqla, ən azı 71 fələstinli həlak olub, 339 nəfər isə yaralanıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya qarşı apardığı soyqırım müharibəsində 62 min 966 fələstinli həyatını itirib, 159 min 266 nəfər isə yaralanıb.

Açıqlamada, İsrailin ABŞ-da yerləşən Qəzzaya Humanitar Yardım Vəqfi vasitəsilə yeni yardım paylama mexanizmini tətbiq etdiyi mayın 27-dən bu yana həyatını itirən yardım işçilərinin sayının 2180 nəfərə, yaralı sayının isə 16046 nəfərə çatdığı bildirilib.

Bu arada Ümumdünya Ərzaq Proqramının (WFP) rəhbəri Sindi Makkeyn Reuters xəbər agentliyinə bildirib ki, Qəzzaya bir az daha çox ərzaq daxil olur, lakin bu kifayət deyil.

Əl-Cəzirə ilə danışan Makkeyn bildirib ki, ÜƏP hazırda Qəzzaya gündə 100-ə yaxın yardım maşını göndərə bilir, lakin bu rəqəm atəşkəs zamanı Qəzzaya hər gün daxil olan 600 yük maşınından çox azdır.

Bu həftə Deyr əl-Balah və Xan Yunisi ziyarət edən Makkeyn, həmçinin uşaqlara, hamilə və süd verən qadınlara dəstək verən klinikaya baş çəkib və Qəzzanın daxili bölgələrində həssas əhaliyə yardımın çatdırılmasının davam edən problemlərini vurğuladı.

“Gördüklərimiz mütləq dağıntı idi. Ərazi tamamilə hamarlandı və biz çox ac və pis qidalanan insanları gördük”, – Makkeyn deyib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri