Icma.az
close
up
RU
Qəzzada münaqişə yenidən alovlana bilər

Qəzzada münaqişə yenidən alovlana bilər

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kral Abdullahın ABŞ-a səfəri nəyə hesablanıb

Qəzzadakı mövcud situasiya müharibənin yenidən başlanmasına rəvac verir. Son günlər İsrail ilə HƏMAS arasında əsirlərin mübadiləsinin dayandırılması gərginliyi artırır. Hər iki tərəf bir-birini razılaşmanı pozmaqda ittiham edərək bir-birinə qarşı müxtəlif şərtlər irəli sürür. HƏMAS rəhbərliyi İsrail tərəfindən razılaşmanın “pozulmasına” görə təzminat ödəməyi tələb edir və yalnız şərtinin yerinə yetiriləcəyi təqdirdə israilli girovları azad edəcəyini bildirib. 

Şənbə günü günortaya qədər...

Xatırladaq ki, ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə uzunmüddətli danışıqlar nəticəsində  yanvarın 16-da İsrail ilə HƏMAS arasında atəşkəs sazişi əldə olundu. Saziş yanvarın 19-da qüvvəyə mindikdən sonra Qəzzada bütün hərbi əməliyyatlar dayandırıldı. Üç mərhələdən ibarət olan sazişin müddəalarına görə, müəyyən müddət ərzində İsrail qoşunları bölgənin sıx məskunlaşmış ərazilərindən geri çəkilməli və məcburi köçkünlərin geri qayıdışı təmin olunmalı, paralel olaraq, girovlar və əsirlər qarşılıqlı şəkildə azad edilməli və humanitar yaradıma əngəl törədilməməlidir.

Artıq vəziyyət daha da gərginləşərək pik nöqtəyə çatır, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-a xəbərdarlıq edib ki, fevralın 15-i günortaya qədər israilli girovların azad edilməyəcəyi təqdirdə İsrail Silahlı Qüvvələri Qəzzada intensiv döyüşləri bərpa edəcək.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - deyə Netanyu bildirib ki, İsrail HƏMAS hərəkatını məhv edəcək və radikalların Qəzza zolağında saxladığı bütün əsirləri geri qaytaracaq.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Netanyahunun xəbərdarlığından əvvəl İsrail Nazirlər Kabinetinin rəsmisi David Menser və ölkənin müdafiə naziri İsrail Katz HƏMAS-a girovların qaytarılmayacağı halda Qəzzada hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı xəbərdarlıq edib.

İsrailin Xarici İşlər Nazirliyi də avropalı diplomatlara bildirib ki, HƏMAS girovları azad etməsə, İsrail Qəzzada müharibəni yenidən aktiv fazaya keçirəcək.

Bu arada ABŞ Prezidenti Donald Tramp da HƏMAS-a açıq şəkildə xəbərdarlıq edib - o, bildirib ki, İsrailin şərtləri əməl olunmazsa, bütün razılaşmalar ləğv olunucaq və bölgəni böyük fəlakət gözləyəcək.

Qarşı tərəfin reaksiyası

Qəzzada vəziyyətin getdikcə gərginləşdiyini bildirən HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Naimin sözlərinə görə, İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir. İsrailin xəbərdarlığına səssiz qalmayan HƏMAS-ın nümayəndələri bəyan edirlər ki,  İsrail və ABŞ-ın Qəzza ilə bağlı planları baş tutmayacaq və lazım gələrsə, axıra qədər mübarizə aparacaqlar və islam dünyası onların arxasındadır: “İnsanlarımızı Qəzzadan çıxarmaq planı baş tutmayacaq. Bu plan Ərəb və İslam dünyasının rədd edəcəyi vahid mövqe ilə qarşılaşacaq.”

İsrail və ABŞ-ın xəbərdarlığı fonunda Yəməndəki “Ənsurullah” hərəkatı - Husilər də məsələyə münasibət bildirib - təşkilat İsraili Qəzzada döyüşlərin bərpa olunacağı halda yenidən onun ərazisinə raket hücumları təşkil edəcəyi ilə hədələyib.

“Barmağımız tətikdədir və düşmən İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, onlara dərhal cavab verməyə hazırıq,”- deyə hərəkatın bəyanatında qeyd olunur.

Ərəb dünyası təşviş içində

Qəzzada vəziyyətin gərginləşdiyi bir zamanda İordaniya kralı ikinci Abdullah bin Əl-Hüseynin ABŞ-a rəsmi səfəri və prezident Donald Trampla görüşü diqqətdən kənar saxlanıla bilməz. Vurğulayaq ki, Trampın Netanyahu ilə Ağ Evdə birgə mətbuat konfransında, hətta bundan əvvəlki çıxışlarında Qəzzada yerli əhalinin tamamilə Misirə və İordaniyaya köçürülməsi və bölgənin ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı təklifi Misir və İordaniya hakimiyyəti, o cümlədən bir sıra ərəb ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Misir və İordaniyanın rəhbərləri buna imkan verməyəcəklərini bəyan ediblər.

Kral Abdullah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra özünün “X” səhifəsində yazıb  ki, o, Trampa İordaniyanın fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən köçürülməsi təklifinə qarşı çıxmaqda davam edəcək.

“Bu, ərəb ölkələrinin ortaq mövqeyidir. Hər kəs üçün prioritet Qəzzanın sakinlərini köçürmədən yenidən qurulması, eləcə də zolaqdakı çətin humanitar vəziyyətin həllidir,” - deyə kral Abdullah regionda hamı üçün ədalətli və hərtərəfli sülhə nail olmaq üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri