Daha bir dondurulmuş münaqişə yenidən alovlana bilər
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səudiyyə Ərəbistanı dörd il əvvəl elan olunmuş atəşkəsdən sonra Yəməndə hərbi əməliyyatların yenidən başlanması ehtimalını nəzərdən keçirir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ər-Riyadda bu məsələ ilə bağlı müzakirələr Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nəzarət etdiyi ərazilərlə İran arasında sabit hava əlaqəsi yaratmaq cəhdlərindən sonra yenidən gündəmə gəlib.
Məlumata görə, husilər son bir ay ərzində iki dəfə xəbərdar ediliblər ki, İran təyyarələrinin nəzarət etdikləri ərazilərə enişinə icazə verməsinlər. Lakin hərəkat Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirməkdən imtina edib.
Bununla yanaşı, husilər Səudiyyə Ərəbistanı ilə qüvvədə olan atəşkəs razılaşmasından çıxdıqlarını da elan ediblər.
Hadisələrin bu istiqamətdə inkişafı Yəməndə uzun illərdir davam edən qarşıdurmanın yenidən genişmiqyaslı hərbi müstəviyə keçməsi riskini artırır. Ekspertlərin fikrincə, belə bir ssenari Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 18 İyul 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















