Icma.az
close
up
RU
Qəzzada yenidən ağır silahlar işə düşdü “Böyük İsrail” planının NÖVBƏTİ MƏRHƏLƏSİ

Qəzzada yenidən ağır silahlar işə düşdü “Böyük İsrail” planının NÖVBƏTİ MƏRHƏLƏSİ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Qəzza sektorunda daha əvvəl elan edilmiş atəşkəs rejimi yenidən pozulub. İsrailin Baş naziri Benyamin Netanyahu Orduya Qəzza zolağına güclü zərbələrin endirməyi əmr edib.  Netanyahunu bu addımı atmağa təhrik edən səbəb nədir?

Politoloq Azad Məsiyev Moderator.az-a bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilir:

“ABŞ İsrailə həm siyasi, həm də hərbi dəstəyini verməsəydi, İsrail bölgədə bu cür aqressiv siyasət həyata keçirə bilməzdi. İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, hakimiyyətə gələn siyasi komanda ümumdünya yəhudi lobbisinin bir proqramını həyata keçirir. Bu proqram da ondan ibarətdir ki, Yaxın Şərqdə böyük İsrail dövləti yaradılsın və bu yaxınlarda İsrailin Baş naziri tarixi bir sənədi alaraq bəyan etdi ki, biz müqəddəs torpaqlarda vəd olunmuş torpaqları əldə edəcəyik. Bu o deməkdir ki, İsrail təkcə Fələstinə deyil, bütövlükdə qonşu ölkələrin ərazilərinə iddialıdır və bu proqramı müxtəlif bəhanələrlə həyata keçirir. Bəziləri terrorla mübarizə, bəziləri girovları azad etmək adı altında, bəziləri isə özünü müdafiə və buffer zona yaratmaq adı altında ayrı-ayrı bölgələri — istər Suriya, istər Liviya, istər Fələstinin torpaqları — işğal edərək öz ərazisini genişləndirir.

Bildiyiniz kimi, İsrailin baş naziri Qəzzada apardığı siyasət nəticəsində 100 minə yaxın dinc sakin — uşaqlar, qadınlar, qocalar — həlak olub və İsrailin Qəzzada apardığı siyasət beynəlxalq ictimaiyyətin qınağına çevrilib. Hətta Birləşmiş Millətlər Təşkilatının toplantısında çıxış etdiyi zaman yüzə yaxın dövlətin nümayəndəsi Netanyahunu boykot edərək zalı tərk etmişdi. Bu mesaj həm İsrailə, həm də onu himayə edən və dəstəkləyən ABŞ-a ünvanlanmış beynəlxalq təzyiqdir.

Amerika Birləşmiş Ştatları prezidenti Trampın guya sülh missiyası ilə əlaqədar çıxış etdiyi atəşkəs təklifi və sazişi sadəcə bir siyasi şoudur, yəni görüntü xarakteri daşıyır. Amerika, İsrailə qarşı beynəlxalq təzyiqi aradan qaldırmaq, hətta İsrailə yönəlmiş qınağı yumşaltmaq üçün guya atəşkəsi əldə etdiyini, sülhün təmin olunduğunu bəyan edir. Əslində isə bu yalnız siyasi şoudur və görüntüdür”.

Politoloq qeyd edib ki, məqsəd müvəqqəti olaraq gərginliyi aradan qaldırmaq, bir müddətdən sonra isə bu atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamaqdır:

 “İsrailin siyasi hakimiyyəti açıq şəkildə Qəzza sakinlərini bölgədən deportasiya etmək, onları oradan — doğma yurdlarından didərgin salmaq və köçürmək niyyətindədir. Və Qəzzanın 70–80 faizinə nəzarət edən İsrailin hərbi qüvvələri orada əhalinin yaşaması üçün bütün infrastrukturu dağıtmışdır. Yəni məqsəd sakinləri doğma yurdlarından deportasiya etmək və Qəzzanı bütövlükdə İsrailin ərazisinə qatmaqla “Böyük İsrail” dövlətini yaratmaq proqramını həyata keçirməkdir. İsrailə kim hakimiyyətə gəlirsə-gəlsin, müxtəlif taktiki yollarla bu siyasət davam etdirilir. Bugünkü İsrail dövləti tarixi Fələstin torpaqları hesabına yaradılıb və genişlənməkdədir. Hesab edirəm ki, İsrailin indiki siyasi hakimiyyəti ümumilikdə İsrail dövləti ilə bağlı aparılan siyasəti dünya siyasətindən təcrid etmək və onun apardığı — bəzən soyqırım kimi səciyyələndirilən — bu aqressiv siyasətə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsini gündəmə gətirməlidir ki, İsrailin aqressiyasının qarşısı alınsın. Əgər beynəlxalq ictimaiyyət İsrailə qarşı Rusiyaya göstərilən kimi sanksiyalar tətbiq etməzsə, İsrailin aqressiyasının qarşısı alınmayacaq. İsrailə təzyiq göstərmək iddiasında olan hansı dövlət olursa-olsun — istər Fələstin dövlətinin tanınması barədə bəyanat versin, istərsə İsrailə qarşı tənqidi çıxışlar etsin — həmin dövlətlərdə müxtəlif metod və üsullarla böhran yaradılır. Yəni məsələ təkcə ABŞ-ın İsrailə dəstəyindən ibarət deyil; ümumdünya yəhudi lobbisi, mason təşkilatları və digər qüvvələr İsraili dəstəkləyərək “Böyük Yəhudi Dövləti” proqramını həyata keçirməyə çalışırlar”.

Politoloqun fikrincə, hər bir hadisə məhz bu proqramın strategiyasına hesablanıb:

 “Atəşkəs Amerikanın apardığı görüntü xarakterli sülh danışığıdır, atəşkəs isə sadəcə beynəlxalq ictimaiyyətin İsrailə qarşı təzyiqini müvəqqəti aradan qaldırmaq, görüntü xarakterli gərginliyi yumşaltmaq məqsədi daşıyır. İsrailin baş naziri Qəzzanı bombalamaq barəsində göstəriş verib. Həmas hərəkatının rəhbəri isə açıq şəkildə bəyan edir ki, girovlar İsrailin bombardmanı nəticəsində həlak olub, bunu isə İsrailin rəsmiləri qəbul etmir. 

Bu yaxınlarda Amerikanın bir eksperti açıq şəkildə bildirmişdi ki, ABŞ-da ümumdünya yəhudi lobbisinin dəstəyi olmadan siyasi hakimiyyətə gəlmək qeyri-mümkündür. Yəni Amerikada ümumdünya yəhudi lobbisinin dəstəyini alan siyasi qüvvə, hakimiyyətə gələn partiya mütləq şəkildə bu lobiya qarşı öhdəlik götürür, bir mənəvi borc daşıyır və bu borcu yerinə yetirmək üçün İsrailə siyasi dəstək verir.

Hesab edirəm ki, Yaxın Şərqdə baş verən hadisələrin atəşkəs adı altında verilmiş və imzalanmış sənədinin heç bir perspektivi yoxdur. Müntəzəm şəkildə İsrail Fələstin torpaqlarını, xüsusilə də Qəzzanı işğal etdikdən sonra ümumilikdə Fələstinin bütün ərazisini işğal etmək və qonşulara təhdid yaradaraq onların da torpaqlarını özünə qatmaq siyasətini həyata keçirəcək. Bunu isə zaman-zaman mərhələlərlə həyata keçirir və bu, uzunmüddətli bir proqramdır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri