Icma.az
close
up
RU
Qəzzada tərəflərin birgə yaşaması müəyyən zaman alacaq, çünki baş verənlər və yaşananlar çətin unudulur

Qəzzada tərəflərin birgə yaşaması müəyyən zaman alacaq, çünki baş verənlər və yaşananlar çətin unudulur

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tarixən həmişə belə olub ki, istənilən savaşın sonu danışıqlar və sülh müqaviləsinin, yaxud aşkar atəşkəsin əldə olunması ilə yekunlaşıb. Hazırda iki ildən bəri Qəzzada davam edən savaş dünən yekunlaşdı. Tərəflər atəşkəslə bağlı razılığa gəldilər və bu prosesdə "Tramp planı"na uyğun olaraq proseslər aparılır və hazırkı şəraitdə, əslində Tramp planı ən optimal variant sayıla bilər. Çünki bu plana görə bölgədə atəşkəs əldə olunur, əsirlər və girovlar dəyişdirilir. Qəzanın idarəçiliyi Beynəlxalq Koordinasiya Şurasına həvalə olunur və proseslər bu komitənin qərarlarına uyğun davam etdirilir. İsrail ordusu da mərhələli şəkildə bölgəni boşaldır. Bölgə tamamilə silahsızlaşdırılır və HƏMAS silahları təhvil verilir. Bununla yanaşı, həm də bölgənin gələcək idarəçiliyində yer almır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq bildirib ki, ilkin mərhələdə atəşkəs əldə olunub, bu atəşkəs bu gün İsrail hökumətində də səsverməyə çıxarılacaq və çox böyük ehtimalla qəbul olunacaq: “İsrailin Baş naziri dünən ABŞ prezidenti Trampla görüşdü və əldə olunmuş nəticələrdən məmnunluğunu qeyd etdi. Eyni zamanda Donald Trampı İsrailə İsrail parlamentində çıxış etmək üçün səfərə dəvət etdi. Çox güman ki, Trampda belə bir səfəri gerçəkləşdirəcək, çünki onun gəlməsi bu prosesdə iştirak etməsi və İsrail parlamentində çıxış edərək bu anlaşmanın əleyhinə olanları da inandırması çox vacib bir məsələdir”.

Oqtay Qasımov

Oqtay Qasımov qeyd edib ki, tarixən uzun sürən savaşlar olub və bu savaşlardan sonra xalqlar dinc yanaşı yaşamağa çalışıblar və bunu həyata keçirə biliblər. “Bunun ən bariz örnəklərindən biri Almaniya və Fransa göstərilə bilər. Belə ki, iki ölkə XIX-XX əsrdə dəfələrlə savaş aparıblar və onların münasibətləri iki dünya müharibəsinin başlanmasına səbəb olub. Bu tarixi düşmənçilik artıq arxa plana keçib və uzun müddətdən bəri Almaniya ilə Fransa kifayət qədər ciddi münasibətlər qurublar, hazırda əməkdaşlıq edirlər. Avropa Birliyində tərəfdaşdırlar və kifayət qədər sıx münasibətləri var.

Qəzzada tərəflərin birgə yaşaması müəyyən zaman alacaq. Çünki insanlar baş verənləri və yaşadıqlarını çətin unudurlar. Amma zaman, “hər dərdin dərmanıdır” və zamanla bu proses həyata keçirəcək. Tərəflərin niyyətləri xoş olacaqsa, onlar gələcəkdə yan-yana sülh və əminamanlıq şəraitində yaşaya bilərlər. Yəni bu, mümkündür. Sadəcə olaraq bunun həyata keçməsi üçün tərəflərin iradəsi olmalıdır və hər şey bundan asılı olacaq. Niyyət və iradə”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri