Icma.az
close
up
RU
Qəzzada yenidən partlayış səsləri eşidilib

Qəzzada yenidən partlayış səsləri eşidilib

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail hərbi qüvvələri Qəzza zolağının mərkəzi hissəsində əməliyyat həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyatda məqsəd Nuseyrat qaçqın düşərgəsi yaxınlığında “İslam Cihadı” hərəkatının silahlı radikalını zərərsizləşdirmək olub. İsrail tərəfinin versiyasına görə, radikal yaxın vaxtlarda İsrail Müdafiə Ordusuna qarşı hücum həyata keçirməyi planlaşdırırdı.

Mətbuat xidməti bildirib ki, İsrail ordusunun bölmələri bu ərazidə Qəzzada atəşkəs razılaşmasına uyğun olaraq yerləşdirilib və hər hansı bir birbaşa təhlükəni aradan qaldırmaq üçün tədbirlər davam etdiriləcək.

Xatırladaq ki, sentyabrın 29-da ABŞ Prezidenti tərəfindən Qəzza zolağında münaqişənin həlli üzrə 20 maddədən ibarət geniş plan açıqlanıb. Plana müvəqqəti xarici idarəetmə və beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi daxildir.

Oktyabrın 9-da isə İsrail və HƏMAS nümayəndələri Misirdə keçirilən danışıqlar nəticəsində sülh planının ilk mərhələsi üzrə razılığa gəlib və 10 oktyabrda Qəzzada atəşkəs qüvvəyə minib.

19 oktyabrda İsrail ordusu bildirib ki, HƏMAS radikalları atəşkəs rejimini pozaraq Rəfah şəhəri yaxınlığında İsrail hərbçilərini atəşə tutublar. Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ordu radikallara qarşı tədbir görüb və bütün Qəzza zolağı boyunca onlarla hədəfi vurub. Hadisə nəticəsində iki hərbçi ölüb, biri ağır yaralanıb. HƏMAS isə Rəfah hadisəsi ilə əlaqəsini rədd edir.

Günün sonunda İsrail ordusu Qəzzada atəşkəs rejiminə qayıtdığını açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri