Icma.az
close
up
RU
Статья не опубликована
Qəzzanın fələstinlilərdən boşaldılması beynəlxalq böhrana səbəb ola bilər

Qəzzanın fələstinlilərdən boşaldılması beynəlxalq böhrana səbəb ola bilər

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ümumiyyətlə, ABŞ-ın yeni administrasiyası Qəzzadakı fələstinlilərin köçürülməsi layihəsini nəzərdən keçirir. Təbii ki, bu, qalmaqallı bir layihədir. D. Trampın bu təklifinin beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə məqbul qarşılanacağını düşünmürəm. Çünki istər coğrafi baxımdan yaxın olan Misir, istərsə də digər regional qüvvələr Qəzza fələstinlilərinin öz ərazilərinə köçürülməsinə razılıq vermək niyyətində deyillər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın fələstinliləri Suriyaya köçürməyi planlaşdırdığına dair iddialar yayılıb. Məlumata görə, Tramp administrasiyasının nümayəndələri Misir və İordaniyadan sonra indi də Suriyanın keçid hökuməti ilə bu məsələni müzakirə etməyə cəhd göstəriblər. Ağ Ev rəhbəri daha əvvəl Qəzza ilə bağlı fərqli planlarının olduğunu açıqlamış və orada yaşayan fələstinlilərin başqa ölkələrə köçürülməsini təklif etmişdi. Lakin bu təklif beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Siyasi şərhçi bildirib ki, Qəzzanın tamamilə fələstinlilərdən boşaldılması böyük bir beynəlxalq böhrana səbəb ola bilər.

“Lakin bütün bunlar nəzərə alınmır və faktiki olaraq görürük ki, ABŞ-ın yeni administrasiyası nə qədər münaqişəsiz bir dünya arzulasa da, onun Yaxın Şərq, xüsusilə də Qəzza zolağı ilə bağlı mövqeyi kifayət qədər kövrəkdir və ciddi konfliktoloji risklər daşıyır. Türkiyə isə ümumiyyətlə Qəzzanın fələstinlilərsiz bir bölgəyə çevrilməsinə heç vaxt razılıq verə bilməz. Hesab edirəm ki, digər beynəlxalq güclər kimi Türkiyə də D. Trampın Qəzzanı fələstinlilərdən təmizləmək planına qarşı ciddi müqavimət göstərəcək ölkələrdən biridir. Hər halda, Qəzzanın fələstinlilər olmadan yenidən strukturlaşdırılması ideyasının geniş dəstək qazanacağını və ümumiyyətlə, D. Trampın bu planının reallıqda həyata keçə biləcəyini düşünmürəm. Burada bir çox məqamlar var. Eyni zamanda, nəinki Misir və İordaniya, həm də Suriyanın yeni keçid hökumətinin Qəzzadan gələn qaçqınları qəbul edəcəyini və ya bu istiqamətdə hər hansı bir missiya və ya hədəf daşıdığını düşünmürəm”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Mart 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see172

“Qalatasaray” Davinsona yeni müqavilə təklif edəcək

02 May 2025 10:21see135

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see132

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see127

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see126

İki ildə göndərdiyi 6 məktubun heç birinə cavab vermədi

02 May 2025 10:02see125

Dollar bu gün neçəyə satılacaq?

02 May 2025 09:32see125

Afaq narıncıya büründü Fotolar

02 May 2025 09:41see125

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see124

“28 May” stansiyasının bağlanması ilə bağlı vacibAÇIQLAMA

02 May 2025 14:34see123

Kəpəz də qalmaqal: Baş məşqçi komandanı meydana çıxartmaq istəmir

02 May 2025 11:57see122

Ali məktəblərə ərizə qəbulu: Artıb, ya azalıb?

02 May 2025 11:33see121

Okolie Milana keçə bilər

02 May 2025 13:02see121

Koroğlu da nasaz avtomobilə görə bir neçə maşın qəza törətdi HADİSƏ ANI

02 May 2025 10:23see120

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

02 May 2025 13:01see120

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see117

Abituriyentlərin nəzərinə Bu qrup üzrə qəbul qaydası dəyişdi

02 May 2025 15:39see117

Təkcə çips və qazlı içkilər deyil: Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

03 May 2025 02:33see117

Azərbaycan Səudiyyə Ərəbistanı: İqtisadi əməkdaşlığın yeni gündəliyi

02 May 2025 09:37see117

Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib

02 May 2025 15:32see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri