Icma.az
close
up
RU
Qəzzaya nəzarət demək yalnız hərbi uğurla bitmir

Qəzzaya nəzarət demək yalnız hərbi uğurla bitmir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb. Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, İsrailin həyata keçirdiyi quru hücumu 15 sentyabrda başlayıb. Axios" vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası "İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq". Portalın mənbələri bildiriblər ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatı dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib."Əl-Cəzirə" kanalı bildirir ki, İsrail tankları artıq Qəzza şəhərinin mərkəzinə daxil olub. Yerli sakinlər partlayış səslərinin İsrailin mərkəzində də eşidildiyini deyirlər. Bu arada hökumətin qərarına etiraz edən israillilər Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında çadırlar qurub, ərazi polis tərəfindən 300 metrlik radiusda mühasirəyə alınıb. İsrail bundan əvvəl də 2008, 2014 və 2023 - cü illərdə də Qəzzaya quru hücumu həyata keçirib. Ancaq vilayəti tam nəzarəti bərpa etmək mümkün olmayıb. İndiki əməliyyatı digərlərindən fərqləndirən əsas məsələ odur ki, bu dəfə ABŞ İsrailə əhəmiyyətli şəkildə dəstək verir. Vaşinqtonun dəstəyinin əsas səbəb " Tramp planı " nın həyata keçirilməsini təmin etməkdir. ABŞ prezidenti Donald Trampın müvafiq planına uyğun olaraq HƏMAS sıradan çıxarılmalı, vilayətin mülki sakinləri qonşu ölkələri köçürülməli, Qəzza tamamilə sökülməli və İsrail tərəfindən ilhaq edilərək burda yeni yaşayış məskənləri salınmalıdır. Qonşu ərəb ölkələri və HƏMAS " Tramp planı " na qarşı çıxdıqdan sonra Qəzzaya əməliyyatın həyata keçiriləcəyi aydınlaşdı. Əməliyyatın gedişində İsrail tərəfinə bir sıra məsələlərə görə ciddi problem yarana bilər. Birincisi, Qəzzada HƏMAS və İslami Cihad kimi silahlı qruplar mövcuddur. Onlar uzun müddətdir ki, bölgədə tunel şəbəkəsi quraraq silahlı mübarizə aparır. İsrail əvvəlki əməliyyatlarda nə qədər çalışsa da Qəzzada qurulan tunel sistemlərini tam məhv edə bilmədi. Buna görə bu sahədə yenidən ciddi problemim yaranması istisna deyil. İsrail üçün daha ciddi bir problem isə beynəlxalq ictimaiyyətin reaksiyadır. BMT və ondan kənarda bu əməliyyata qarşı çox sərt qınaq mövcuddur. Əməliyyat zamanı xeyli sayda mülki itkilərin ölməsi istisna deyil. Bu Tel - Əvivin beynəlxalq reytinqinə olduqca mənfi təsir göstərəcək məsələdir. Buna görə əməliyyat yarımçıq dayana bilər. Bütün bunlarla bərabər, Qəzzaya nəzarət demək yalnız hərbi uğurla bitmir — idarəetmə, təhlükəsizlik və sosial xidmətlər kimi vəzifələr də önə çıxır. İsrail üçün bu, əlavə iqtisadi və siyasi yük ola bilər.
Zeynal Əmrəliyev, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri