Icma.az
close
up
RU
“QHT lər cəmiyyəti sülhə hazırlaya bilər”

“QHT lər cəmiyyəti sülhə hazırlaya bilər”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər edib. Bundan öncə bizim vətəndaş cəmiyyətinin fəalları İrəvanda olmuşdu. Görüşdə sülh gedişi, qarşılıqlı uzlaşmanın tapılmasında vətəndaş cəmiyyətinin rolunun artırılması, birgə layihələrin icrası müzakirə edilib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloni Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib.

E.Cəfərli bu qarşılıqlı səfərlərə hələ də ehtiyatla yanaşan insanların, çevrələrin olduğunu deyib: “Mənim fikrimcə, bu proses bizim üçün qorxulu deyil. Heç Ermənistan üçün də təhlükəli bir nüans görmürəm. Çünki regionu 30 il geri salmış müharibə, entik münaqişə bitib. Bölgədə yeni siyasi reallıqlar yaranıb. Nə Azərbaycan, nə də Ermənistan 33 il əvvəlki gücdə deyil. Yeni dövrün reallıqları imzalanmış sənədlərə istinad edir. Hər iki dövlət 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanata imza atıb, öhdəliklər götürüblər. Azərbaycan tərəfi bütün öhdəlikləri yerinə yetirir, Böyük Sülh sazişinin imzalanmasına çalışır. Lakin erməni cəmiyyəti böyük ölçüdə buna hələ hazır deyil. Vətəndaş cəmiyyətinin təmasları da məhz bu baxımdan intensivləşdirilməlidir. Vətəndaş cəmiyyəti bütün dünyada toplumun avanqard kəsimidir. QHT-lər yumşaq güc olaraq cəmiyyəti sülhə hazırlaya bilər”.

Onun sözlərinə görə, istər Azərbaycan, istərsə də Ermənistan əhalisinin təhlükəsizliyini təhdid edən məsələlər var: “Transərhəd çayların çirkləndirilməsi, mina problemi, ekoloji böhranın dərinləşməsi və s. məsələlərin həlli birgə müzakirələrdən keçir. Ermənistanın bir sıra dağ-mədən sənayesi müəssisələri bu gün də transsərhəd çaylarını çirkləndirir. Mina problemi Qarabağa böyük qayıdışa mane olur. 30 il ərzində müharibə zonasında torpağın münbit qatının məhv edilməsi, meşələrin qırılması ekoloji fəlakəti dərinləşdirib. Bütün bu problemlər bütövlükdə regionun ekosistemini təhdid edir. Yaxşı olar ki, hər iki ölkənin ekoloqları da birgə müzakirələr təşkil etsin”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri