Icma.az
close
up
RU
Qərbi Azərbaycana Qayıdışa QHT dəstəyi

Qərbi Azərbaycana Qayıdışa QHT dəstəyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tanınma deportasiya olunmuş xalqın əsas hüquqlarından biridir

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Beynəlxalq hüquq baxımından, bu, çox vacib məsələdir. Yəni doğma yurdlarından deportasiya olunmuş insanların geriyə dönüş hüququnun tanınması böyük əhəmiyyət kəsb edir. Azərbaycan hakimiyyəti, cəmiyyəti bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşır. Xüsusilə dövlət başçısı bu məsələnin daim gündəmdə saxlanılması üçün göstəriş və tapşırıqlarını verir.

Xalqımız üçün taleyüklü bu məsələnin Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış” mövzusunda müzakirələrin aparılması Böyük Qayıdışın rəsmi Bakının fəaliyyət proqramına çevrilməsinin göstəricisidir. Bu istiqamətdə gedən görüş, debat, konfrans və müzakirələrdə, eyni zamanda, qeyri-hökumət təşkilatlarının da iştirakı mövzunun daha geniş arealda rezonans qazanmasına öz töhfəsini verir. Yeri gəlmişkən, Ermənistan tərəfi bu məsələyə qarşı müxtəlif hüquqi və inzibati maneələr yaratmaqla məşğuldur. Misal üçün, onlar doğma vətənlərinə qayıtmaq istəyən soydaşlarımız üçün qondarma hüquqi çətinliklər yaratmaq, məsələni hər vəchlə beynəlxalq müstəviyə daşınmasının qarşını almaq üçün ən müxtəlif vasitəlrədən istifadə edirlər. Belə cəhdlərin özü onların narahat olduğunu və bu məsələnin onlar üçün nə qədər ciddi şəkil aldığını göstərir. Qətiyyətlə deyə bilərik ki, bu istiqamətdə çox böyük uğurlar əldə olunub. Dövlətin, vətəndaş cəmiyyəti institutlarının və bütövlükdə cəmiyyətin bu mövzuda mövqeyi dəqiqdir: Qərbi Azərbaycana Qayıdış Konsepsiyasi mütləq reallaşacaq! Böyük Qayıdışdan dönüş olmayacaq!

***

İyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHTDDA) “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib. Brifinqdə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunun artıq 3 ildir qurumun qrant müsabiqələrinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdırdı. O dedi ki, bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə – BMT və ATƏT-in müxtəlif toplantılarında, dünyanın müxtəlif ölkələrində bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar.

Azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. Onu da qeyd etmək lazımdır ki, “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşırlar. Əslində, bu cür yanaşma ümumxalq arzusunun tezliklə reallığa çevrilməsi yolunda cəmiyyətin imkanlarınıb səfərbər edilməsi baxımından olduqca əhəmiyytlidir. Bu zaman mövzunun mənəvi-psixoloji tərəfi də unudulmamalıdır.

Brifinqdə məlumat verildi ki, QHTDDA 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.

QHTDDA-nın departament direktoru Elnur Bağırlı çıxışında qeyd etdi ki, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə – musiqi, bədii nümunələr, ekran əsərləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir. Monitorinqin nəticələri də göstərir ki, bu üsullarda təbliğat diqqəti daha çox cəlb edir. Doğrudan da, bu aktual mövzuda ortaya maraqlı əsərlər çıxarılır. Bunlardan biri – “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları isə tamaşaçılara Qərbi Azərbaycan nisgilini çatdıracaq. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri də bu qəbildəndir. Bundan başqa, “Tətbiqi sənət nümunələrinin qorunmasına və təbliğinə yardım” İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil etməyi planlaşdırır.

***

Brifinqdə o da qeyd olundu ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək. Çıxışlarda bildirildi ki, “Elmi araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, “Dünya gənc Türk yazarları” İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə öz töhfələrini verəcəklər.

Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda QHTDDA-nın dəstəyi ilə ərsəyə gətirilən layihələrin nəticələrinə dair sərgi təşkil olunub. Burada qeyd edildi ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab işıq üzü görüb. “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” milli-mənəvi dəyərlərin təbliğinə dəstək” İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir. Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim olunub.

Bu gün Azərbaycan dövləti əzəli torpaqlarımıza qayıdış kimi tarixi hüququmuzu beynəlxalq birlik qarşısında qaldırır. Doğma yurdlarından zorla didərgin salınmış soydaşlarımızın oraya qayıdışı onların danılmaz haqqıdır. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqlarını qətiyyətlə söylədi: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı artıq tarixi zərurətə çevrilib. Bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri