Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

QHT lərin dövlətimizin başçısına müraciəti həm həmrəylik aktı, həm də ictimai məsuliyyətin bəyanıdır ŞƏRH

QHT lərin dövlətimizin başçısına müraciəti həm həmrəylik aktı, həm də ictimai məsuliyyətin bəyanıdır ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Oktyabrın 20-də Xankəndidə keçirilən forum çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının Prezident İlham Əliyevə ünvanladığı müraciət təkcə həmrəylik və təşəkkür bəyanatı deyil, bu sənəd həm də yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Həm simvolik, həm də strateji əhəmiyyət daşıyan bu müraciətin Xankəndidə səsləndirilməsi Azərbaycanın suverenliyinin, dövlətin yenidənqurma gücünün və ictimai həmrəyliyin ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.

İllərlə işğal altında qalan torpaqlarımızda bu gün yeni həyat, yeni sistem, yeni idarəetmə modelinin formalaşdığını deyən Ş.Səfərova bildirib ki, müraciətdə də vurğulandığı kimi qısa zaman ərzində altı şəhər, iki qəsəbə və iyirmidən çox kəndin bərpası, 60 minədək vətəndaşın doğma yurduna qayıtması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin səfərbərliyinin nəticəsidir: “Bu kontekstdə QHT-lərin dövlətimizin başçısına müraciəti həm həmrəylik aktı, həm də ictimai məsuliyyətin bəyanıdır. Çünki postmünaqişə dövrünün əsas çağırışı təkcə fiziki bərpa deyil, sosial, ekoloji və mənəvi bərpadır. Bu isə məhz vətəndaş cəmiyyəti institutlarının və yerli icmaların aktiv iştirakı ilə mümkündür. Bundan əlavə, müraciətdə son illər Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə verdiyi sistemli dəstəkdən də söz açılıb. QHT-lər artıq təkcə sosial layihələrin icraçısı deyil, dövlət siyasətinin ideya və təşəbbüs ortağına çevrilir. Bu gün QHT-lər regional inkişaf, ekoloji bərpa, gənclərin iştirakı, sosial innovasiyalar və inklüziv təhsil kimi sahələrdə dövlət proqramlarının sosial təməlini gücləndirir. Məhz bu baxımdan, Forumda səsləndirilən “rəqəmsal QHT” konsepsiyası çağdaş dövrün reallıqlarına tam uyğun yeni yanaşmadır”.

Onun sözlərinə görə, QHT-lərin fəaliyyətinin rəqəmsal müstəviyə keçidi artıq, sadəcə, zərurət deyil, dövlətin müəyyən etdiyi inkişaf istiqamətlərinə inteqrasiya prosesidir. Prezident İlham Əliyevin son illərdə imzaladığı “Elektron sənəd dövriyyəsinin təşkili haqqında”, “Dövlət informasiya ehtiyatları və sistemlərinin Nümunəvi Əsasnaməsi” və “Rəqəmsal İnkişaf Konsepsiyası” kimi sənədlər idarəetmənin tam rəqəmsallaşması xəttini müəyyən edib. Bu sənədlər yalnız dövlət orqanlarını deyil, ictimai sektoru da rəqəmsal idarəetmə mədəniyyətinə keçməyə təşviq edir. Məsələn, Hökumət Buludu (G-Cloud) infrastrukturunun dövlət sistemləri üçün icbari platformaya çevrilməsi nəticəsində QHT-lər də öz layihə idarəçiliyini və hesabat mexanizmlərini bulud əsaslı mühitlərdə qura bilər. Bu, həm məlumat təhlükəsizliyini, həm də şəffaflığı artırır.

“Eyni zamanda, “Süni intellektin tətbiqinə dair Tədbirlər Planı” və “Rəqəmsal İnkişaf Konsepsiyası” QHT-lər üçün yeni imkanlar açır. Süni intellekt texnologiyalarının təhlil, monitorinq və sosial layihələrin idarəetməsində tətbiqi, donor hesabatlarının avtomatlaşdırılması və ictimai rəyin “böyük data” (big data) analitikası ilə ölçülməsi kimi yeniliklər QHT-lərin səmərəliliyini artırır. Bu, vətəndaş cəmiyyətinin fəaliyyətini yalnız sosial deyil, həm də “data” əsaslı idarəetmə modelinə çevirir. Digər tərəfdən, Elektron Hökumət İnformasiya Sistemi (EHİS) çərçivəsində sənəd dövriyyəsinin elektronlaşdırılması prosesi artıq QHT-lərin dövlət orqanları ilə münasibətlərini də sadələşdirib. Müraciətlərin, layihə təkliflərinin və hesabatların elektron imza ilə göndərilməsi, cavabların real vaxtda izlənməsi və inteqrasiya olunmuş reyestrlərlə işləmək imkanı vətəndaş cəmiyyətinin dövlətlə qarşılıqlı münasibətlərində yeni mərhələ açır. Beləliklə, “rəqəmsal QHT” anlayışı təkcə QHT-lərin texnoloji yeniliklərə uyğunlaşması deyil, həm də Azərbaycanın rəqəmsal dövlət modelinə sosial tərəfdaş kimi qoşulması deməkdir. Bu yanaşma sayəsində vətəndaş cəmiyyəti artıq klassik icraçı struktur deyil, rəqəmsal dövrün intellektual və analitik iştirakçısına çevrilir”, - deyə QHT sədri əlavə edib.

Şəbnəm Səfərova, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan artıq sülh və quruculuq dövründədir” fikri bu gün bütün dövlət və cəmiyyət institutlarının fəaliyyət istiqamətini müəyyənləşdirir. Bu dövrdə QHT-lərin rolu daha da artır, çünki dayanıqlı sülh və inkişaf yalnız dövlət proqramları ilə deyil, ictimai şüur və vətəndaş məsuliyyəti ilə möhkəmlənir. Azərbaycan QHT-ləri də bu məsuliyyətin fərqindədir. “Biz dövlətimizin formalaşdırdığı strateji inkişaf kursuna dəstək verməklə yanaşı, onu ictimai müstəvidə genişləndirmək, sosial həmrəyliyi və vətəndaş birliyini möhkəmləndirmək niyyətindəyik. Bu gün Qarabağda tikilən hər məktəb, əkilən hər ağac, açılan hər iş yeri yalnız dövlət-vətəndaş həmrəyliyinin zəfəridir. Görünən budur ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanın suverenliyi və dayanıqlı gələcəyi naminə ictimai dayağını daha güclü, daha intellektual formada davam etdirməyə hazırdır”, - deyə Şəbnəm Səfərova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri