Icma.az
close
up
RU
QHT rəhbərləri efirdə “Qayıdışa aparan yol” haqqında danışdılar

QHT rəhbərləri efirdə “Qayıdışa aparan yol” haqqında danışdılar

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi Qayıdışa aparan adlı layihəsi çərçivəsində bu gün “Dünya” TV-nin efirində eyni adlı ikinci verilişini təqdim edib.

“Dünya” TV-nin baş aparıcısı Könül Rzazadənin təqdimatında efirə gedən verilişdə layihə rəhbəri və ictimai birliyin sədri Tahir Xudiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyəti üzvü, ədliyyə general-mayoru Hüseyn Əlixanov və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, Xocalı qətliamında oradan son çıxıb Böyük Zəfərdən sonra ilk qayıdanlardan biri olan Səriyyə Müslümqızı iştirak ediblər.

Tahir Xudiyev qeyd edib ki, Vətənimizi sevən milli ruhlu hər bir vətəndaş öz yerində müstəqil dövlətçiliyimizin qorunması və inkişafı üçün bacardığını əsirgəməməlidir. Hüseyn Əlixanov bildirib ki  “Qayıdışa aparan yol” layihəsi sanki mənim illər öncə yazdığım “Xaosdan Zəkaya Doğru” və “Qələbəyə Aparan Yol” adlı kitablarımda irəli sürülən real faktlara əsaslanır. Çünki qayıdışa aparan yol da elə 1988-1993-cü illərdəki xaosdan başlayıb.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı 1993-cü ilin iyunundan keçir, ardıcıl, sistemli və planlı şəkildə inkişaf edərək nəhayət bu günümüzə qədər əldə olunan bütün uğurlarımızın əsasını təşkil edən Heydər Əliyev ideyalarına əsaslanır, 2020-ci il Böyük Zəfərdən keçib gedir. Hazırda Xocalıda yaşayan Səriyyə xanım məhz bu verilişdə iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib.

O, deyib ki, vaxtı ilə Xocalı faciəsi, Qarabağ həqiqətləri barədə həm respublikamızda, həm də xarici ölkələrdə tədbirlər keçirib təbiliğat aparanlardan biri də Tahir Xudiyev olub.

Bu layihənin də həqiqətən çox vacib olduğunu vurğulayaraq, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəyə təqdim olunan 900-dən çox layihə içərisindən bu layihəyə də maliyyə dəstəyi göstərməsinin müsbət hal olduğunu qeyd edib.

Sonda Tahir müəllim Hüseyn Əlixanovun “Xaosdan Zəkaya Doğru” adlı kitabından sitat gətirərək:”…həyat- təkcə şad və xürrəm keçən günlərdən, səadət dolu xoşbəxt anlardan ibarət deyil. Gərəkdir ki, onun da qarını, çovğununu, necə deyərlər, bəzi insanlara xas olan astar üzünü görməyi bacarasan”-deyərək, ictimai birliklərin də köməyə ehtiyacı olan insanlarla maarifləndimə işləri aparmasının, onlara mənəvi dəstək göstərilməsinin, problemlərini öyrənərək aidiyyəti dövlət qurumlarının köməyi ilə müsbət həllinə çalışmalarının dövlətimizin sosial siyasətinə ictimai dəstək olmasını vurğulayıb.

Həmçinin ictimai birliyin üzvlərinin mədəni istirahətinin təşkili daima diqqət mərkəzindədir. Bunun üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvlərinə diqqətlə yanaşan Azkonsert MMC, Emki Production kollektivinə, digər özəl və dövlət mədəniyyət ocaqlarının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Link: https://youtu.be/VEvIXg0voY4?si=59-PBsDOPohKvWQN

Fotolar

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 İyun 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri