Icma.az
close
up
RU
QHT lərə xarici maliyyə qadağası gücləndirilir

QHT lərə xarici maliyyə qadağası gücləndirilir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinə və maliyyələşməsinə dair nəzarət mexanizmlərini daha da gücləndirən dəyişikliklər qəbul edilib. Belə ki, Milli Məclisdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişikliklər təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanunverici orqan bu qərarı Azərbaycan Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq qəbul edib. Yeni hüquqi tənzimləmələr çərçivəsində qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı müqavilələr üzrə bank və digər maliyyə əməliyyatlarının aparılmasına qadağa qoyulur. Konkret olaraq “Qeyri-hökumət təşkilatları haqqında” Qanunun 24-2.1-ci maddəsinə əlavə edilən yeni cümləyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bundan əlavə, 24-2.2-ci maddədə də əhəmiyyətli dəyişikliklər edilib. Yeni redaksiyada qeydiyyatsız xarici maliyyə mənbələri hesabına göstərilən xidmətlər və görülən işlərə görə maliyyə vəsaiti və ya digər maddi vasitələrin qəbul edilməsi də qadağan olunur. Bu dəyişikliklərin məqsədi QHT-lərin maliyyə şəffaflığını artırmaq və xarici təsirlərin qarşısını almaq kimi şərh olunur.

Eyni zamanda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12.3-cü maddəsində də dəyişiklik edilib. Burada “qrant və ianə alarkən, habelə verərkən” ifadəsi maddədən çıxarılıb, “qrant və ianələr” ifadəsi isə daha geniş “əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri” anlayışı ilə əvəz olunub. Bu dəyişikliyin məqsədi əmlakın mənbəyinin daha geniş kontekstdə araşdırılması və qeyri-qanuni maliyyə axınlarına qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri