QHT təmsilçilərinin ölkə Prezidentinə müraciəti
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu iştirakçılarının Prezident İlham Əliyevə ünvanladığı müraciətdə 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçisinin xalqımızın tarixində ən şanlı səhifələrdən olan 8 Noyabr Zəfərinin qazanılmasında müzəffər Ali Baş Komandanın liderlik və sərkərdəlik məharəti dərin minnəndarlıqla qeyd nolunur.
Sənəddə bildirilir: “Siz Azərbaycan xalqına tarixi Qələbə yaşatmış, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, xalqımızın milli qürurunu və ləyaqətini özünə qaytarmış, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandansınız. Sizin qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və müdrik strategiyanız nəticəsində xalqımızın onilliklər boyu qəlbində yaşatdığı Zəfər arzusu artıq gerçəkləşib. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik əzminin, xalq-iqtidar birliyinin və tarixi ədalətin təntənəsidir. 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan Zəfər Azərbaycanı yeni tarixi mərhələyə çıxardı, ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaratdı”.
Müraciətin davamında deyilir ki, bu gün Azərbaycan yalnız torpaqlarını azad etmiş, suverenliyini bərpa etmiş dövlət deyil. Azərbaycan regionun siyasi və iqtisadi reallıqlarını müəyyən edən, beynəlxalq münasibətlər sistemində mövqeyi və sözü ilə seçilən, artan imkanları və nüfuzu ilə orta güc mərkəzinə çevrilən dövlətdir: “Müharibədə Qələbə qazanmış Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Sizin siyasi liderliyinizin mühüm tarixi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, müasir şəhər və kəndlərin salınması qalib Azərbaycanın gələcəyə baxışının ifadəsidir”.
QHT təmsilçiləri sonda bildirirlər: “Biz – Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq”.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















