Icma.az
close
up
RU
QHT tərəfindən layihə çərçivəsində növbəti SMM təlimi keçirildi FOTOLAR

QHT tərəfindən layihə çərçivəsində növbəti SMM təlimi keçirildi FOTOLAR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 iyun tarixində "Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin növbəti – dördüncü təlimini keçirib.

​​​​​​" Cebheinfo.az " QHT.az-a istinadən xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, təlimdə əsas diqqət, sosial media optimizasiyası (SMO) və rəqəmsal platformalarda effektiv fəaliyyət göstərmək üçün lazım olan biliklərin təqdimatına yönəldilib.

Təlimçi Pərvanə Fərhadqızı tərəfindən təşkil olunan təlim zamanı müzakirə olunan əsas mövzular arasında sosial media platformalarının optimizasiyası, brend tanıtımı üçün ödənişli reklamlar olmadan düzgün profil idarəetməsi, profil adı, şəkil, arxa fon seçimi və İnstagram və Facebook bio-nun effektiv istifadəsi yer alıb. Həmçinin, kontent menecmenti, axtarış və açar sözlərin düzgün istifadəsi haqqında məlumat verilib.

Təlim interaktiv şəkildə keçirilib və iştirakçılar, praktiki məşğələlər vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək imkanına sahib olublar. Layihənin əsas hədəfi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını gücləndirərək, onların əmək bazarına inteqrasiyasını və sosial-iqtisadi həyatda daha aktiv iştirakını təmin etməkdir.

Təlimlər mərhələli şəkildə davam etdiriləcək və iştirakçılar gələcək mərhələlərdə əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmək şansı əldə edəcəklər.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri