Icma.az
close
up
RU
QHT layihə çərçivəsində ilk maarifləndirici tədbir keçrilib FOTOLAR

QHT layihə çərçivəsində ilk maarifləndirici tədbir keçrilib FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi və sosial problemlərinin həlli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Maarifçi Xeyriyyə Xanımlar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi, sosial problemlərinin həlli təşəbbüsləri” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir təşkil olunub.

Layihənin məqsədi Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial hüquqları barədə məlumatlandırılması, onların problemlərinin həllinə dəstək göstərilməsi, tibbi müayinə və hüquqi yardımın təşkili ilə sosial və mənəvi inkişaflarının təmin edilməsidir.

24 iyul 2025-ci il tarixində Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 34 ünvanında keçirilən tədbirdə 20 nəfər iştirak edib. Tədbiri təlimçi Oktay Qasımov aparıb. İştirakçılara sosial hüquqlar, qanunvericilik, hüquqların müdafiəsi, pozulduğu halda hansı qurumlara müraciət olunması və təşkilatın göstərdiyi köməkliklər barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb.

Tədbir zamanı hüquqşünas Leyli Quliyeva da iştirakçılara hüquqi məsləhətlər verib. Rəhimova Şəmsiyə Əli qızı, Məmmədova Rübabə, Xəlilova Reyhan Yasin qızı və digər şəxslər ona müxtəlif hüquqi məsələlərlə bağlı müraciət ediblər.

Görüş zamanı foto və video çəkilişlər həyata keçirilib, iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.

Layihə müddətində Bakıxanov qəsəbəsində ümumilikdə 60 nəfər həssas qrup üzvləri üçün maarifləndirici tədbirlərin keçirilməsi, evdə tibbi müayinənin təşkili və hüquqi yardımların göstərilməsi planlaşdırılır.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri