Icma.az
close
up
RU
QHT Astarada layihə çərçivəsində növbəti təlim keçirib FOTOLAR

QHT Astarada layihə çərçivəsində növbəti təlim keçirib FOTOLAR

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 8 avqust tarixində Astara rayonunun “Şindan” otelinin zalında keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə 19 nəfər iştirak etdi. İştirakçılar əsasən Astara rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Tədbirdə həmçinin Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri Cəbrayıl Babayev və A. Qulamzadə iştirak edirdilər.

Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar. Layihənin ikinci mərhələsi, tədbirin birinci mərhələsinin qısa xülasəsi və iştirakçıların iştirakı ilə başlandı. Ardınca birinci mərhələnin sonunda ev tapşırıqlarının təqdimatı keçirildi. Təqdim olunan 4 layihə iştirakçılar tərəfindən müsbət qarşılandı.

Daha sonra təlimçi Əntiqə Qurbanova aşağıdakı mövzularla bağlı geniş məlumat verdi:

Sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;

İnsan haqlarının, xüsusilə qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə kömək edə biləcəkləri).

Mövzular üzrə iştirakçılar geniş müzakirələr apardılar və öz təcrübələrini bölüşdülər. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığı qurbanlarına necə yardım göstərə biləcəkləri barədə də məlumat verildi. İştirakçılara izah olundu ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixoloji, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Tədbirdə həmçinin kiçik qruplarda iş aparıldı. Mövzu – “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” idi. İştirakçılar 4 qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət oldu. Təlimçi izah etdi: “Hər qrup üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə qurmalı, onları ideyalarına necə inandırmalı və həmin ideyaları necə təqdim etməlidirlər?”

Qruplar birlikdə işlədilər və hər qrupdan bir nəfər, həmçinin sahibkar və ya fond rəhbəri birlikdə təqdimat etdilər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

Fotolar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri