Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

QİÇS ana südü ilə də KEÇİR SENSASİON AÇIQLAMA

QİÇS ana südü ilə də KEÇİR SENSASİON AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Statistik məlumatlara görə, ötən il nikaha daxil olmaq üçün 111 min nəfərdən çox qan analizi verən şəxsin 35-də HİV (QİÇS), 982-də isə sifilis aşkarlanıb.
Bəs yoluxanların neçəsi qadın, neçəsi kişidir? Ümumiyyətlə İİV-in ölkə üzrə xəritəsi necədir?
Bizim.Media bu və digər məsələrlə bağlı Səhiyyə Nazirliyi QİÇS-lə mübarizə Mərkəzinə suallar ünvanlayıb.
Mərkəzdən bildirilib ki, 2024-cü il ərzində nikaha daxil olmaq istəyən cütlüklərin müayinələri nəticəsində 35 nəfərdə İİV-ə ilkin yoluxma halı aşkar edilib. İİV infeksiyası diaqnozu təsdiq edilən insanlar Respublika QİÇS-lə mübarizə mərkəzində qeydiyyata götürülərək dərhal ARV terapiya proqramına cəlb olunublar. İİV infeksiyası ilə mübarizədə bütün dünyada, eləcə də Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə uyğun müasir, təkmilləşmiş profilaktik və müalicə proqramları tətbiq olunduğundan, xəstəlik artıq qorxunc və ölümcül deyil, xroniki xəstəliklər qrupuna aid olunur”.
Hazırda ölkədə neçə nəfər QİÇS xəstəsi var?
Mərkəzdən verilən məlumata görə, hazırda ölkədə 10324 nəfər İİV xəstəsi var:
“Azərbaycanda ilk İİV-ə yoluxan şəxs 1987-ci ildə aşkarlanıb. O zamandan, yəni 1987-ci ildən 2024-cü ilin sonunadək 10324 nəfər İİV-lə yaşayan insan Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb. Onlardan  69%-i kişi, 31%-i qadınlar olub. Bu rəqəmin 1,7 % -i sə 0-14 yaş qrupunda olan uşaqlardır.
Ana südü ilə də keçir
İİV-ə yoluxmanın 3 yolu var: Cinsi yol- İİV-ə yoluxan şəxslə təsadüfi, qorunmamış cinsi əlaqələr nəticəsində; Parenteral yol- İİV-ə yoluxan qan və qan preparatlarının köçürülməsi, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimat və məhlullardan istifadə edərkən, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında qeyri steril şprislərdən istifadə zamanı, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində və  İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma zamanı. Əsasən insanlar bu xəstəliyə təsadüfi, qorunmamış cinsi kontakt yolu ilə yoluxurlar.
Ötən il neçə nəfər bu xəstəlikdən dünyasını dəyişib?
İİV-lə yaşayan insanlar arasında ölüm halları xəstəliyin erkən mərhələsində müraciət etmədikdə və müalicə proqramına vaxtında qoşulmadıqda, eləcə də müalicədə olan İİV-lə yaşayanlar müalicə rejiminə düzgün əməl etmədikdə, fasilələr yarandıqda ikincili ağırlaşmalar və opportunistik infeksiyaların baş qaldırması nəticəsində qeydə alınır. 2024-cü ildə 24 nəfər İİV-lə yaşayan insanda ölüm halı qeydə alınıb.
Yoluxmanın ilkin əlaməti budur
Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər. İİV-ə yoluxma daha çox profilaktika qaydalarına düzgün əməl etmədikdə baş verir. Xəstəlik daha çox İİV-ə yoluxmaya meylli risk qrupları arasında geniş yayılıb.
İİV-infeksiyası spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ ayırd olunur. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə oluna bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Bəzən, xəstəlik illərlə gizli gedişata malik olur və heç bir əlamət vermədən təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır. Bu məqsədlə, hər bir şəxs öz İİV statusu barədə məlumatlı olması məqsədilə ildə iki dəfə İİV-ə müayinə olunmalıdır. İİV-ə müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan MR daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə mərkəzlərində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq şərtilə həyata keçirilir.
İİV-ə yoluxmamaq üçün buna əməl olunmalıdır!
İİV-lə mübarizədə profilaktika hər zaman xüsusi əhəmiyyət kəsb edir. İnsanlar İİV-ə yoluxmadan özlərini qorumaq məqsədilə ilk öncə bu sahədə maariflənməyə xüsusi önəm verməlidirlər. Əgər İİV virusları ilə yoluxma yolları barədə məlumatlı olsaq, təbii ki, profilaktik tədbirləri həmin istiqamətdə təşkil etməklə asanlıqla özümüzü İİV-ə yoluxmadan qoruya bilərik. Təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq, tibbi və kosmetoloji prosedurların icrası zamanı gigiyenik qaydalara düzgün əməl etməklə İİV-ə yoluxmadan qorunmaq mümkündür. Həmçinin, risk qrupları arasında İİV-ə yoluxmanın qarşısının alınması məqsədilə antiretroviral preparatlarla təmasdan öncə profilaktika və İİV-lə təmasdan sonra 72 saatdan gec olmayaraq təmasdan sonra profilaktikanın təmin edilməsi ilə İİV-ə yoluxmaların qarşısını almaq mümkündür.
“HİV-ə yoluxanlar neçə il yaşayır?
İİV-li xəstələrin yaşama müddəti erkən diaqnoz və müalicəsinin erkən başlanmasından asılı olaraq önəmli dərəcədə uzanıb. Son araşdırmalara əsasən ART qəbul edən və mütəmadi müayinələrdən keçib, nəzarət altında saxlanılan xəstələrlə İİV-neqativ insanların yaşama müddəti demək olar ki, bərabərdir. Hal-hazırda antiretrovirus terapiyasının (ART) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Yaşama müddətinə təsir edən faktorlar var: müalicəyə tez başlamaq, dərman qəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetin səviyyəsi: CD4 hüceyrələrinin yüksək olması, virus yükünün təyin olunmayacaq səviyyəyə qədər endirilməsi, yanaşı xəstəliklərin olmaması.
Xəstəliyin tam müalicəsi varmı?
İİV infeksiyasının elmə məlum olmasından ötən müddət artıq 40 ilə yaxındır. Təbii ki, İİV/QİÇS sahəsində də müxtəlif istiqamətli tədqiqatlar aparılıb, elmə çoxsaylı yeniliklər gətirilib. Artıq müalicədə müxtəlif molekulların kombinasiyasından ibarət olan preparatlardan istifadə olunur. İİV-ə yoluxmuş şəxslərin müalicəsi ARV terapiya adlanır. ARV terapiyanın bir neçə məqsədləri vardır: Epidemioloji – orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır;
Virusoloji- qanda İİV viruslarının müəyyən olunmayan səviyyəyədək enməsinə səbəb olur;
İmmunoloji- immunitetin bərpa olmasını və davamlı yüksəlməsini təmin edir;
Kliniki- İİV-ə yoluxmuş şəxslərdə ikincili ağırlaşmaların və fəsadların inkişafıının qarşısını alır;
Sosial-həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının azaldılması.
Onu da qeyd edim ki, müalicənin bütün xəstələrə əlçatanlığını təmin etmək məqsədilə dərman preparatları dövlət tərəfindən, ödənişsiz şəkildə təmin olunur. Burada ən vacib nüans müalicənin ömürlük olmasıdır. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər.Bu hallar Mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir.
QİÇS xəstələri də əlil sayılır
Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. İİV-lə yaşayan insanlar erkən mərhələdə müalicə proqramına qoşulmadıqları müddətcə onlarda istənilən İİV-lə bağlı ağırlaşmalar və fəsadlar müşahidə oluna bilər. Xüsusilə, onkoloji xəstəliklər, vərəm, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayiət olunan xəstəliklər kimi xüsusi qrup ağırlaşmalar təbii ki, İİV-ə yoluxmuş şəxsin əmək və həyat fəaliyyətinə öz mənfi təsirini göstərir. Belə hallarda İİV-lə yaşayan insanların əlil olaraq qiymətləndirilməsi qanunvericiliyin müvafiq müddəalarına müvafiq olaraq, Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən tənzimlənir. Lakin, İİV infeksiyasının daha yüngül mərhələlərində olan, ARV terapiya rejiminə düzgün əməl edən pasiyentlərdə əmək qabiliyyətinə ciddi təsir edən dəyişikliklər müşahidə olunmur.
Onlar bu sahələrdə çalışa bilməz!
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarina əsasən, 2 nömrəli əlavədə “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı” təsdiq edilib. İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərən, immun sistemini zəiflədən peşə və vəzifələr aşağıdakılardır:

•     yüksək, yaxud aşağı temperatur və təzyiq altında (isti, soyuq, kesson və yüksəklik şəraitli iş yerləri), vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesi olan peşə və vəzifələr;

•     kimya sənayesi sexlərində (laklar, boyalar, plastmas, dəri istehsalı, neft-qaz-kimya prosesləri, sement, toz istehsalı və s.), kimya-əczaçılıq (dərman preparatları), kimya-biologiya (vaksinlər, zərdablar, bioaktiv tədqiqat və müalicə materialları) müəssisələrində bilavasitə kimyəvi amillərin orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;

•     sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində (kömür, neft, qaz, filiz), sənaye (turşular, reaktivlər, polimerlər istehsalı və s.) müəssisələrində aerozolların və digər maddələrin bilavasitə orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;

•     fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr;

•     tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün peşə və vəzifələr.
Rəna Cumaqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Fevral 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri