Icma.az
close
up
RU
Qida sahəsində çalışanların əksəriyyəti mütəxəssis deyil

Qida sahəsində çalışanların əksəriyyəti mütəxəssis deyil

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

"Zəhərlənmələrin əsas mənbəyi yarımfabrikatlar və tez xarab olan qida məhsullarının düzgün saxlanılmaması ilə bağlıdır".

Bunu Missiya.Az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, qida eksperti Elsevər Fərzəliyev deyib.

O bildirib ki, şadlıq saraylarında istifadə olunan bir çox qida məhsulları soyuducularda tələb olunan +6°C-dək temperaturda saxlanılmır:

"Bəzən isə məhsullar ümumiyyətlə soyuducuya qoyulmadan, adi atmosfer şəraitində qorunur. Bu isə qidanın tərkibində toksinlərin əmələ gəlməsinə gətirib çıxarır və nəticədə insan orqanizmində zəhərlənmələr baş verir."

Elsevər Fərzəliyevin sözlərinə görə, qida sahəsində çalışanların əksəriyyəti mütəxəssis olmadığından, məhsullarda baş verən biokimyəvi dəyişiklikləri və toksinlərin yaranma xüsusiyyətlərini bilmir:

"Xammalın mənşəyi, saxlanma rejimi və emal mərhələləri xüsusi diqqət tələb edir. Əgər xammal toksikoloji çirklənməyə məruz qalıbsa, bu, birbaşa hazır məhsula ötürülür və insan orqanizminə daxil olur."

Ekspert qeyd edib ki, qida təhlükəsizliyinin əsas prinsiplərindən biri “tarladan süfrəyə” qaydasıdır. Yəni məhsulun istehsalından süfrəyə qədər bütün mərhələlərdə lazımi nəzarət və düzgün saxlanma rejimləri təmin olunmalıdır:

"Havanın soyuması heç də toksinlərin yaranmasının qarşısını almır. Ona görə də yalnız düzgün yanaşma və ciddi nəzarət mexanizmləri ilə qida zəhərlənmələrinin qarşısını almaq mümkündür."

Qeyd edək ki, ötən gün İmişlidə baş tutan toyda 59 nəfər zəhərlənib. 

Seyranə Quliyeva
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://missiya.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see286

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see252

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see232

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see232

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see230

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see216

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see213

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see199

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see197

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see197

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see196

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see195

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see194

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see192

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see185

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see182

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see182

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see179

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see177

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri