Icma.az
close
up
RU
Lisenziyasız çalışanların fəaliyyəti dayandırılır

Lisenziyasız çalışanların fəaliyyəti dayandırılır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Plastik cərrahiyyə ilə məşğul olmaq hüququ ali təhsilli həkim plastik cərrahlara aiddir


“Pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ var. Əməliyyat qərarı vermədən əvvəl araşdırsınlar, görsünlər o həkim harada çalışıb, bu ixtisasın sahibidirmi”


Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması haqqında mediada yayımlanan xəbərlər əlaqədar qurumları hərəkətə gətirib. Bakupost.az-ın əldə etdiyi məlumata görə, artıq aidiyyətə qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüb.

Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan setifikatların 30-50 manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb. Eyni zamanda səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunmasına qərar verilib. O da bildirilir ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir. Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.


Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi kimlərin plastik cərrahiyyə ilə məşğul ola biləcəyinə dair geniş izahat verib: 


- Mərkəz bildirir ki, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ ali təhsilli həkim plastik cərrahlara aiddir.  2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığı aparılır. Müvafiq Qanuna əsasən, Rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildən bir sertifikasiyaya cəlb edilir. Plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır. Plastik cərrahiyyə üzrə tibb xidməti 2017-ci ildə Nazirlər Kabinetinin təsdiqlədiyi “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na daxil edildiyi üçün, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdır. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nöqsanlar aşkarlandıqda qanunvericilikdə nəzərdə tutulan qaydada cərimələr tətbiq edilir, lisenziyasız çalışanların fəaliyyəti dayandırılır. 

Ş.Məmmədov bildirdi ki, son illərdə plastik cərrahiyyə dəbə çevrilib. Ehtiyacı olan da, olmayan da, plastik cərrahiyyə etdirir: 

- Biz həmişə deyirik ki, plastik cərrahiyyə gözəllik, xarici görkəmdə zəruri olmayan hər hansı dəyişiklik məqsədi daşımır. Bu əməliyyat insan hansısa qəza keçirdikdə zahiri görkəmində yaranan yaralar, qüsurlar, çapıqlar, yanıqlar və sair insanın normal həyat səviyyəsini aşağı salan hallar baş verdikdə lazım olur. Dünyada elə həkimlər var, xəsarət almış, qəza keçirmiş insanın qolunu, ayağını, barmaqlarını bərpa edir, dərisini yeniləyir, bədənin başqa bir hissəsindən dəri toxumasını zərər görmüş başqa bir hissəyə köçürür. Amma son illərdə dodaq böyütmə, sinə kiçiltmə, burun kəsdirmə kimi əməliyyatlar geniş yayılıb. Təəssüf ki, insanlarımız zəruri ehtiyac olmadan, bir-birinin bəhsinə bu əməliyyatları etdirirlər və bəzən də uğursuz nəticələrlə qarşılaşırlar. Hardasa həkimin adına rast gəlirlər, yaxud rəfiqələrindən kimsə həkimi nişan verir, o da həmin həkimin ixtisasca plastik cərrah olub-olmadığını bilmədiyi halda, müraciət edir. Konkret bir ixtisas ali dərəcədə təhsil almaq, təcrübəyə yiyələnməklə, fərqli ixtisas üzrə illərlə təhsil alıb sonradan ixtisası dəyişib başqa sahəyə yönəlmək arasında böyük fərq var. Pasiyent müraciət etmək istədiyi həkimi yaxşı tanımalıdır, biliyinə, bacarığına, təcrübəsinə bələd olmalıdır. Həm də pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ da var. Əməliyyat qərarı vermədən əvvəl araşdırsınlar, görsünlər o həkim harada çalışıb, bu ixtisasın sahibidirmi. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri