“Qida sonrası narahatlıqlar adətən açıqda satılan məhsullardan qaynaqlanır” EKSPERT
Sia Az saytına istinadən Icma.az xəbər verir.
“Açıq şəkildə satışa çıxarılan bir sıra qida məhsulları mövcuddur ki, onlar sağlamlıq üçün ciddi risklər yarada bilər”.
Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, bu məhsulların satıldığı mühit, daşınma və qablaşdırma şəraiti, saxlanma temperaturu, eləcə də “mal qonşuluğu” prinsiplərinə əməl olunub-olunmaması qida təhlükəsizliyinin əsas göstəriciləri hesab olunur: “Qeyd olunan tələblərə riayət edilmədikdə, məhsul ilkin olaraq keyfiyyətli olsa belə, onun təhlükəsizliyindən danışmaq mümkün deyil. Çünki açıq mühitdə satılan qida məhsulları qaçılmaz şəkildə müxtəlif çirkləndirici amillərin təsirinə məruz qalır.
Bu risklər xüsusilə çərəzlər, ədviyyatlar, çəki ilə satılan paxlalı məhsullar və ev şəraitində hazırlanmış turşular üçün daha aktualdır. Hər bir qida məhsulunun özünəməxsus saxlanma temperaturu və gigiyenik tələbləri mövcuddur. Uyğun olmayan qablaşdırma materiallarından istifadə edildikdə və ya məhsullar düzgün temperatur rejimində saxlanılmadıqda, müəyyən qablar zərərli maddələr ifraz edə bilər ki, bu da birbaşa qidanın tərkibinə keçir və insan sağlamlığı üçün təhlükə yaradır.
Yol kənarlarında və açıq küçə şəraitində həyata keçirilən satışlar isə əlavə risk faktorları ilə müşayiət olunur. Bu cür mühitlərdə qida məhsulları avtomobil tüstüsü, ağır metallar, toz və digər ekoloji çirkləndiricilərlə təmasda olur. Belə çirklənmələr xüsusilə immun sistemi zəif olan şəxslərdə, uşaqlarda və yaşlı insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Eyni zamanda, bu məhsullar allergik reaksiyaların yaranmasına, həzm sisteminin pozulmasına, mədə-bağırsaq xəstəliklərinə və infeksion risklərin artmasına gətirib çıxarır.
Əksər hallarda istehlakçılar qida qəbulundan sonra yaranan narahatlıqların mənbəyini dərhal müəyyən edə bilmir və açıqda satılan çərəzlərin, ədviyyatların və ya digər məhsulların bu problemlərin səbəbi ola biləcəyini nəzərə almırlar. Xüsusilə yuyulması mümkün olmayan ədviyyatlar daha təhlükəli hesab olunur. Çünki bu məhsullar üzərindəki toz, mikroorqanizmlər və bakteriyalar istilik emalı olmadan birbaşa qida vasitəsilə insan orqanizminə daxil olur.
Bundan əlavə, satıcıların gigiyena qaydalarına əməl etməməsi, məhsullarla birbaşa təmasda qoruyucu vasitələrdən istifadə olunmaması bakterial çirklənmə riskini daha da artırır. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, qida məhsullarını yalnız mənşəyi bəlli olan məkanlardan, uyğun qablaşdırmada, üzərində istehsal tarixi, son istifadə müddəti, tərkibi və saxlanma şəraiti göstərilmiş şəkildə əldə etsinlər.
Qida təhlükəsizliyi təkcə məhsulun keyfiyyəti ilə deyil, onun istehsaldan istehlaka qədər keçdiyi bütün mərhələlərdə gigiyenik və sanitar normalara riayət olunması ilə təmin edilir. Bu psixoloji deyil, elmi əsaslara söykənən məsələ olmaqla, həm fərdi sağlamlığın, həm də ictimai təhlükəsizliyin qorunmasında mühüm rol oynayır”.
Müəllif: Günay Hacıyeva
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Şirvan suvarma kanalında 110 hidrotexniki qurğuda tamamlama işləri aparılır
Yeni Şirvan suvarma kanalı 105 950 hektar torpağın su təminatını yaxşılaşdıracaq
Şirvan suvarma kanalının yenidən qurulması işləri 2027-ci ildə başa çatacaq
Şirvan suvarma kanalının yenidən qurulması işləri davam etdirilir
“Yaşayış binalarında parkinq çatışmazlığı sakinləri çətinliyə salır, tıxacları artırır” -HÜQUQŞÜNAS
“Xloru azaltmaq üçün içməli suyu bir müddət ağzıaçıq qabda saxlamaq tövsiyə olunur“ - EKSPERT
Ştat ixtisarı zamanı işçilərin hansı hüquqları var və kimlər ixtisardan qorunur? - AÇIQLANDI
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları- SİYAHI
Sizi daha uğurlu edəcək vərdişlər...
"Bank of Baku" növbəti ağacəkmə aksiyası təşkil edib
“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Oktyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















