Icma.az
close
up
RU
Qidalarla bədənimizə daxil olan maddə Uran əslində nə qədər təhlükəlidir?

Qidalarla bədənimizə daxil olan maddə Uran əslində nə qədər təhlükəlidir?

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Məlum olduğu kimi, İsrail və İran arasında uzun illərdən bəri davam edən nüvə silahı ilə bağlı gərgin ritorika son bir neçə gündür silahlı toqquşmaya çevrilib.
Yeniavaz.com
xəbər verir ki, İsrail İranın nüvə proqramını öz təhlükəsizliyi üçün birbaşa təhdid sayır və Tehranı gizli şəkildə nüvə bombası hazırlamağa çalışmaqda ittiham edir. İran isə nüvə fəaliyyətinin yalnız enerji və tədqiqat məqsədli olduğunu bildirir.
Bəs iki ölkənin qarşı-qarşıya gəlməsinə səbəb olan, nüvə silahlarının əsas maddəsi sayılan uran nədir, nə işə yarayır və əslində nə qədər təhlükəlidir?
Qeyd edək ki, uran dünyada tapılan təbii elementlərdən biridir və enerji istehsalında mühüm rol oynayır. Amma onun təhlükəliliyi haqqında danışanda insanlar çox vaxt qorxur, çünki bu adla tez-tez nüvə silahları və partlayışlar əlaqələndirilir. Əslində isə hər uran təhlükəli deyil. Təbii, yəni zənginləşdirilməmiş uran ətrafımızda olan bir maddədir və torpaqda, suda, hətta bəzi qidalarda da az miqdarda olur. Bu formada olan uran zəif radiasiya yayır və normal şəraitdə insan sağlamlığına ciddi zərər vermir. Əlbəttə, onu uzun müddət və böyük miqdarda udmaq təhlükəli ola bilər, amma gündəlik həyatda belə hallar baş vermir.
Uranın ola biləcəyi qidalar:
Dənli bitkilər – buğda, arpa, qarğıdalı kimi bitkilər torpaqdan çox zəif miqdarda uran çəkə bilər.
Kök və yumru bitkilər – kartof, kök, çuğundur kimi torpağın altında böyüyən tərəvəzlərdə az miqdarda uran ola bilər.
İçməli su – bəzi bölgələrdə yeraltı sular torpaqdakı təbii uranı həll edə bilir və bu sular içildikdə çox az miqdarda uran qəbul edilə bilər.
Balıq və su məhsulları – uranla zəngin su hövzələrində yaşayan canlılar bədənlərində az miqdarda uran toplaya bilər.
Süd və ət – əgər heyvanlar uran olan su və ya otla qidalanırsa, onların südü və ətində də çox cüzi miqdarda uran ola bilər.
Bu qidalardakı uran miqdarı o qədər azdır ki, normal qidalanma ilə insan bədəninə düşən uran sağlamlıq üçün təhlükəli sayılmır. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların araşdırmalarına görə, adi insan gündəlik həyatda təhlükəsiz səviyyədə uran qəbul edir və bu miqdar böyrəklər vasitəsilə orqanizmdən çıxır.
Təbii uranın içində təxminən 99%- U-238, cəmi 0,7% U-235 izotopu olur.
Bildiyimiz kimi, hər atomun nüvəsində protonlar və neytronlar olur. Protonların sayı dəyişmir, çünki o zaman elementin özü dəyişərdi. Amma neytronların sayı bir az az, ya da çox ola bilər. Bu zaman o elementin izotopları yaranır. Məsələn, U-238 uran atomudur və nüvəsində 92 proton, 146 neytron var. Eyni zamanda U-235 də uran atomudur və nüvəsində 92 proton var, amma neytronlar 143-dür.
Aralarındakı bu kiçik fərq –  yəni cəmi 3 neytron, onların davranışını tamamilə dəyişir. U-238 sabitdir və enerjiyə çevrilməsi çətindir. U-235 isə çox asanlıqla parçalanır və böyük enerji buraxır. Buna görə də enerji istehsalında və nüvə silahlarında məhz U-235 lazım olur. Uranın zənginləşdirilməsi də U-235-i “süzgəcdən” keçirib artırmaq prosesidir.
Zənginləşdirmə prosesi zamanı U-235-in miqdarı artırılır. Qeyd etdiyimiz kimi, təbii halda olan uranda U-235 izotopunun miqdarı 0,7% səviyyəsində olur. Zənginləşdirmə zamanı U-235-in miqdarı 3-5%-ə çatdığı zaman bu urandan nüvə elektrik stansiyalarında yancaq kimi istifadə etmək mümkün olur. Nüvə silahında istifadə etmək üçün u-235-in miqdarı 90%-dən yuxarı olmalıdır.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri