Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Qıpçaq çöllərinin və Altay dağların Şaman ocaqları

Qıpçaq çöllərinin və Altay dağların Şaman ocaqları

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Qıpçaq düzü Türklərinin əski oylaqlarından olan Balxaş gölü və Ulu Tanrı/Ala Tau-Hun Tenqri dağlıq hövzəsində (Altay diyarında, Cənubi Sabir/Sibir çöllərində...) Şaman ocaqlarının etimoloji soykökünə uyğun yaranan toponimlər sırasında Şemonaixa/Şamanaixa şəhəri, eyniadlı çay və dağ, eləcə də, mistik-fəlsəfi yazılı, şifahi milli-mənəvi irs, qayaüstü rəsmlər, dini-ziyarət və təbii-qoruq əraziləri....Neolit və Tunc dövrü abidələri sırasında mühüm yer tutur. Şəhər İrtış çayının sağ qolu olan Abu-Su/Uba çayı yatağı boyunca salınıb, qədim dövrlərdə Türk elatının iqtisadi-siyasi və mədəni mərkəzlərindən biri olmuşdur.

Alman və rus təbiətşünası, səyyah P.S.Pallas (1741-1811) “Rusiya dövlətinin müxtəlif yerlərinə səyahət” kitabında (1809) göstərmişdir ki, çar II Yekatirinanın (1729-1796) Manifestinə əsasən Senatın 1762-ci ildə qəbul etdiyi Fərmana uyğun olaraq Altay diyarının Şemonaixa kəndinə 2 min nəfər rus yerləşdirilib, bu ərazi qiymətli filiz yataqları və məhsuldar torpaqlarla zəngindir, təkcə Şemonaixa şayı üzərində 17 dəyirman qurulmuşdur...

Cənubi Sabir/Sibir düzəngahı və Şərqi Qıpçaq çölləri ruhuna və təbiətinə sərfnəzər sığınmış İlahi-Mistik Tanrı tapınması-Şamançılığın sakral fəlsəfəsinin izləri (Bəygöl/Baykal gölü hövzəsindəki Bəy qəzasında Şamana kəndi, Cənubi Aral/Ural silsiləsində Şamanaixa dağı...) həm də Altay diyarının müqəddəsliyindən doğmuşdur. Tanrıçılığın Tenqri/Tanrı adı ilə qəbul edilməsi, İlahi dualarının sakral ocağı (kam/kom) və ayinlərin icrası üçün uca məqamların seçilməsi-Dağlıq Altayın ruhu ilə eyniləşmiş və üç kainat-müqəddəs Göy üzünü, zəngin Canlı aləmi və əbədi Yeraltı dünya, bir İlahi İstəkdə cəm olmuşdur...elə əski Türk dillərində, indi də beynəlxalq hüdudlarda işlədilən “kom”, “kam” (“cəm olunmaq” mənasında) ifadələrinin etimoloji kökü Şamançılıqla bağlıdır.

Əski inanclara görə Müqəddəs Ruhların İlahi Haqqa yaxınlığı Uca Dağların səltənəti ilə bağlı olduğu üçün Altay hövzəsinin dağları orotoponim olaraq Ulu Tanrı/Tenqri anlamına yaranmışdır (Ala-Tau, Xan Tenqri, Ulu Tau...).

Dini-sakral özəlliyin və qədimliyin maddi-daş irsi, hər birinin mistik-inam təcəssümünün ifadəsi kimi...Altay QaraHun qayalığı-daş sütunluğu əslində İlahi Haqqa yönəlik Duaların saxlanc yeri olaraq önəmlənir (Qərbi Azərbaycanın Qarakilsə nahiyəsi yaxınlığında QaraHun qəbirstanlığı indi də qalmaqdadır....). Yaşı 10 min ildən artıq olan bu məkan İlahi Haqqa ucalan duaların-ruhların “uçarlığı”, “Göy aləminin izlənildiyi ocaq” da adlandırmaq olar (əsasən Şaman Hayçılarının-Şifahi dini təlqinçilərin (yerli dildə kayçı deyilir) oylağı kimi, dilimizfdəki “hay-küy” sözü Hayçılara işarədir).

Altay diyarının kökənli Türk mifologiyasının tədqiqatşıları Q.N.Potanin (1835-1920) “Sibirin tarixinə aid materiallar” (1867), SSRİ EA-nın müxbir üzvü A.V.Anoxin (1867-1931) “Altay şamanlarına aid materiallar” (1924) əsərlərində Şamançılığın mistik-fəlsəfi dəyərlərinin Altay, Uzaq Şərq, Mərkəzi Asiya, Cənubi Sibir...bölgələri üzrə yayılmasını Tanrıya tapınma və ocaqlarının müqəddəsliyinin minilliklərlə qorunub saxlanılması, milli musiqi ruhunun, mədəniyyət/incəsənət köklərinin şamançılıqdan qidalanması... ilə izah etmişlər.

Şaman Ruhu əski Türk qovmü dünyadərki və dünyagörüşü sistemində dəyər ölçüsü, Uca Haqqa tapınmanın əksi olub, Haqq yaradana İlahi sevgi olub. Altay diyarından başlayan müqəddəs Abu Su/Ob çayı, sağ qolu Bəy/Biya və sol qolu Xatun/Katun çayları...məhz Mistik-Fəlsəfi ruha uyğun adlanmış və bu yanaşma, dini-sakral təsəvvüf Türk dünyasının geniş coğrafiyasında toponimlərin etimoloji soykökünü təşkil etmişdir.

Cənubi Sabir/Sibir çöllərindən axan Şamanaixa/Şemanaixa çayı Abu Su/Ob çayının sağ qolu olan Berd çayı hövzəsinə aiddir, uzunluğu 10 km-ə çatır.

Müasir Qazaxstan Respublikasının şərqində yerləşən Şamanaixa/Şemanaixa şəhəri təbii-coğrafi mövqeyinə (Abu-Su/Uba çayı, İrtış çayının sağ qolu...sahilində yerləşir), tarixi keçmişinə (əski Göy Türklərin və Sabir/Sibir Qırğızlarının dövlətçiliyinə güvənik), əhalisinin milli-mədəni etnogenetik soykökünə...uyğun olaraq coğrafi adının etimoloji mənası ilk növbədə Şamançılığın dini-fəlsəfi anlamında izah edilir. Belə ki, bu şəhər haqqında K.Omiqova, E.Həbibulin, İ.Konkova və M.Saviçeva “Şemanaixa ətrafında” tarixi-etnoqrafi, sənədli-xronoloji toplu hazırlamışlar (2023).

Şəhərin şimal-şərq hissəndə hündürlüyü 184 m-ə çatan Şamanaixa/Şemanaixa dağı sərv və ardıc ağaclarına bürünmüş halda ucalır, səyyah P.S.Pallas bu ərazilərə səyahəti zamanı qeyd etmişdir ki, dağ Şamanaixa/Şemanaixa kəndinin 5 verstliyində (şərqə tərəf) yerləşir (1 verst-1,07 km), dərin, uzun və sirli mağarası var. Dağın səthində İnsan surətinə bənzər daşlar/sal daş parçaları yayılıb, 3000 illik yaşa çatan Ardıc ağacları dini-mistik ruhun saxlancı kimi müqəddəs sayılır....

Şər qüvvəllərdən qorunmaq üçün Sərv və Ardıc ağacları şamançılıqda müqəddəs hesab edilir...

Vilayət mərkəzi Özkəmən şəhərindən şimal-qərbə 150 km-lik məsafədə, Sabir/Sibir çölləri ilə həmsərhəd olan Şamanaixa/Şemanaixa şəhəri inzibati-ərazi mərkəzidir, 10-15 km aralıda (şimala tərəf) eyniadlı kiçik bir kənddə mövcuddur (1936-cı ildə “Mirzoyan kənd soveti” yaradılmış (1933-1938-ci illərdə Qazaxstanda ali hakimiyyətdə rəhbər olmuş daşnak-cəllad L.İ.Mirzoyanın (1897-1939) adına), 1938-ci ildə ləğv edilmişdir).

1906-cı ildə bu kənddə “Muhəmməd ticarət köşkü” fəaliyyət göstərmiş, indi isə Tarix-Diyarşünaslıq muzeyi yaradılmışdır, 20 min nəfərlik əhalisi geniş, səliqəli küçələri, parkları, ictimai-sosial tikililəri, abad həyətləri və şoxçeşidli ticarət mərkəzləri....olan abad şəhərdə yaşayır. 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə abidə-kompleksi, məscid və kilsə...şəhər tikililəri, Şamanixa dağının Daş-İnsan qəbirstanlığı... həm də bu yerlərə qonaq gələn ziyarətçilərin ən çox tanış olduqları məkanlardır...

R.S. Türk Dövlətləri Birliyinin ruhuna uyğun olaraq doğma Şamaxı şəhəri ilə Qıpçaq çöllərində, Altay diyarının yaxınlığında yerləşən qədim Şamanaixa/Şemanaixa şəhərinin qardaşlaşması “Türk dünyası coğrafiyası”nın yeni tarixi-coğrafi səhifəsi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri