Qırğızıstan hökumətinin başçısı Moskvaya işgüzar səfərə gəlir
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov dekabrın 11-13-də Moskvaya işgüzar səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qırğızıstan Nazirlər Kabinetinin məlumatına görə, səfər çərçivəsində o, MDB-yə üzv ölkələrin hökumət başçılarının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edəcək.
“İclasda sənaye sahələrində birgə əməkdaşlıq layihələrinə maliyyə yardımının göstərilməsi, qaz, neft və neft məhsulları üçün ümumi bazarların formalaşdırılması və elektron ticarətin inkişafı da daxil olmaqla geniş spektrli məsələlərə baxılacaq. İclasın yekununda bir sıra sənədlər imzalanacaq”, – məlumatda deyilir.
Azpost.info
Baxış sayı:105
Bu xəbər 11 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















