Qırğızıstan Prezidenti Azərbaycana yeni təklif VERDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə və Azərbaycana vahid turist vizasının tətbiqini təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənistanda keçirilən görüşündə bildirib.
Prezident bildirib ki, altı ölkə bir-birini tamamlayan turizm potensialına malikdir, tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanı səyahət üçün cəlbedici istiqamət kimi tanıtmaq məqsədilə səyləri birləşdirməyə imkan verir.
“Bir neçə ölkəyə bir səyahət” prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsini, görməli yerlərimizi birgə turizm marşrutları vasitəsilə birləşdirməyi təklif edirik. Qırğızıstanın vahid turist vizasının tətbiqi təşəbbüsünün bundan sonra da dəstəklənəcəyinə ümid edirəm. Xarici siyasət qurumlarımıza onun həyata keçirilməsi üzrə konkret mexanizmlərin hazırlanmasını tapşırmağı təklif edirəm”, - Sadır Japarov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 08 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















