Qırğızıstan prezidenti ölkədə porno saytları qadağan etdi
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
10 gün sonra Qırğızıstanda porno saytlara giriş qadağan olunacaq
Qırğızıstan Prezidenti Sadır Japarov internet məkanında pornoqrafik məzmunlu kontentlərin yerləşdirildiyi saytlara girişi qadağan edən qanunu imzalayıb.
Bu qanun 25 iyun tarixində Jogorku Keneş (parlament) tərəfindən qəbul edilib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, qəbul edilmiş qanunun məqsədi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini, habelə fərdin mənəvi-əxlaqi sağlamlığını qorumaqdır.
Qanuna əsasən, Qırğızıstanın internet məkanında pornoqrafik xarakterli elementlər daşıyan kontentin yayılmasına qadağa qoyulur.
Qanunla müəyyən edilir ki, belə kontentin yayılması həmin materialın ilk dəfə internetdə əlçatan olduğu və ya səlahiyyətli dövlət orqanının bu barədə məlumat əldə etdiyi andan etibarən hesab olunur.
Səlahiyyətli dövlət orqanı, əgər pornoqrafik kontentin yayıldığını müəyyən edərsə, həmin saytın və ya onun ayrıca səhifəsinin internet informasiya və telekommunikasiya şəbəkəsində fəaliyyətinin iki ayadək müddətə dayandırılması barədə qərar qəbul edə bilər. Bu qərarın internet provayderləri, hosting provayderləri, sayt və səhifə sahibləri tərəfindən icrası məcburidir.
Bu səbəbdən, Qırğızıstan Respublikasının internet məkanında fəaliyyət göstərən internet provayderləri, hosting provayderləri, sayt və ya səhifə sahibləri pornoqrafik xarakterli kontentə girişi bloklamaq öhdəliyini daşıyırlar. Qanun tələblərinin pozulması halında Qırğızıstan qanunvericiliyinə uyğun məsuliyyət nəzərdə tutulur.
Qanun rəsmi dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minir. (Azərbaycan24 )
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qırğızıstan prezidenti Ərdoğanı təltif etdi
05 Noyabr 2024 14:35
Qırğızıstan Prezidenti Putinə zəng etdi
06 Dekabr 2025 16:14
Qırğızıstan Prezidenti Rusiyada səfərdədir
22 Dekabr 2025 08:53
Qırğızıstan prezidenti Rusiyada səfərdədir
20 Dekabr 2025 23:58
Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək
01 İyul 2025 17:22
Baxış sayı:47
Bu xəbər 29 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları