Qırğızıstanda ilk görüş onunla oldu
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
31 avqustda Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında rəsmi görüş başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, mərasim zamanı Japarov Si Cinpini dostu adlandırıb:
"Sizi qonaqpərvər Qırğızıstan torpağında salamlamaqdan məmnunam. Qırğızıstana dövlət səfərinə dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Qırğızıstan Respublikasının müstəqilliyinin 35-ci ildönümündə sizi salamlamaq bizim üçün böyük şərəfdir", - deyə o qeyd edib.
Si Cinpin Qırğızıstanda dövlət səfərindədir. O, həmçinin ŞƏT Dövlət Başçıları Şurasının iclasında və "ŞƏT+" formatında görüşdə iştirak edəcək.
Günün əvvəlində iki ölkə liderləri, həyat yoldaşları Aygül Japarova və Pen Liyuanın müşayiəti ilə şam yeməyində qeyri-rəsmi görüş keçiriblər.
Baxış sayı:80
Bu xəbər 31 Avqust 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















