Qırğızıstandakı tədbirə görə 2 nəfər saxlanıldı SƏBƏB
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimi üçün bilet satışında fırıldaqçılıq faktı aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları İssık-Kul regional daxili işlər şöbəsinin əməkdaşları ilə birlikdə Çolpon-Ata şəhərində 2006-cı il təvəllüdlü M.D.S. və 2005-ci il təvəllüdlü Ş.İ.S. adlı Qırğızıstan Respublikası vətəndaşlarını saxlayıblar.
Həmin şəxslər "Threads" sosial şəbəkəsində VI Dünya Köçəri Oyunlarının açılış mərasimi üçün biletlərin satılması ilə bağlı elan yerləşdiriblər, lakin biletlərin satış üçün nəzərdə tutulmadığı müəyyən edilib.
Vətəndaşlardan elektron köçürmələr vasitəsilə vəsait alındıqdan sonra alıcılara biletlər verilməyib.
Bu faktla bağlı məlumatların qeydiyyatı jurnalında müvafiq material qeydə alınıb.
İstintaq davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti də daxil olmaqla, bir çox liderlər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin ŞƏT+ formatında iştirak etmək üçün Bişkekdə toplanacaqlar.
Liderlərin VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməsi də planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 31 Avqust 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















