Qırğızıstanın Hakimlər Şurasının sədri: Hüquqi etibarın vahid məkanını formalaşdırırıq
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 19 iyun, AZƏRTAC
Birgə tarix və dil xalqlarımızı birləşdirir. Düşünürəm ki, hüquqi bazaya da nail olmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında çıxış edən Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova deyib.
TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsinə toxunan A. Seidakmatova bildirib: "Bu sənəd əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Bizim ənənələrimiz oxşardır. Bunların hamısı insan hüquqlarının qorunmasına yönəlməlidir. Biz hüquqi etibarın vahid məkanını formalaşdırırıq. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq inkişaf etdirməlidirlər. Bugünki addım, fəaliyyət ölkələrimizin suverenliyinin və müstəqilliyinin qorunmasına töhfə vürəcək. Bu gün tarixi hadisənin şahidiyik və imzalanan sənəd çox dərin köklərə malik olacaq. Bu, hüququn tətbiqi, hüquq sisteminin inkişafı baxımından çox mühüm sənəddir", - deyə o bildirib.
Baxış sayı:119
Bu xəbər 19 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















