Icma.az
close
up
RU
Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının (MEA) Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunda “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bağlı müzakirə keçirilib. “Çingiz Aytmatov və Azərbaycan” cildi Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları tərəfindən birlikdə hazırlanmaqdadır.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Müzakirədə Azərbaycan tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli, Qırğızıstan tərəfindən Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev, layihənin koordinatoru dosent Nurzina İsayeva və institut əməkdaşları iştirak ediblər.

Görüşdə ensiklopediyanın həmin cildinin sözlüyü müzakirə edilərək təsdiq edilib. Azərbaycan və Qırğızıstan tərəfindən məqalələrin müəllifləri müəyyənləşdirilib.

Akademik İsa Həbibbəyli bildirib ki, “Çingiz Aytmatov və Azərbaycan” cildi ilk növbədə Türk dünyasının böyük oğlu Çingiz Aytmatov irsinə olan münasibəti ifadə edir. Eyni zamanda, Azərbaycan və Qırğızıstan Milli Elmlər akademiyalarının, Ədəbiyyat institutlarının birgə fəaliyyətinin əyani göstəricisi kimi əhəmiyyətlidir.

Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev çıxışında “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasına Bakıda başlandığını deyib, Bişkekdə hər iki institutun birlikdə müzakirə etməsinin əhəmiyyətindən bəhs edib.

Ensiklopediyanın cildinin 2026-cı ildə Azərbaycan və qırğız dillərində çap edilməsinə qərar verilib.

Görüşdə, həmçinin layihənin Azərbaycan koordinatoru dosent Mehman Həsənli, Qırğızıstan tərəfindən koordinator dosent Nurzina İsayeva, eləcə də Aynura Kadırmammedova və Raziye Sırdbayeva çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri