Qırğızıstanın yeni Baş prokuroru məlum oldu
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baş prokurorun birinci müavini Malik Bekturqanov Qırğızıstanın yeni Baş prokuroru ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hazırkı Baş prokuror Maksat Asanaliyev vəzifəsindən azad edilib. Onun istefasının rəsmi səbəbləri hələ açıqlanmayıb. Onun Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edə biləcəyi iddia edilir.
Malik Bekturqanov Baş Prokurorluğun rəhbəri vəzifəsini müvəqqəti icra edəcək. O, əvvəllər baş prokurorun birinci müavini vəzifəsində çalışıb.
Bekturqanovun son təyinatı Joqorku Keneş (parlament) tərəfindən təsdiqlənməlidir.
Bu mövzuda digər xəbərlər:Qırğızıstanın yeni baş naziri məlum oldu
18 Dekabr 2024 11:20
Qırğızıstanın Baş naziri AÇIQLANDI
18 Dekabr 2024 11:37
Qırğızıstanın Baş naziri istefaya göndərildi
16 Dekabr 2024 09:09
Qırğızıstanın baş naziri Bakıya gəldi
01 Aprel 2026 18:59
Qırğızıstanın Baş nazirinə töhmət verildi SƏBƏB
25 Noyabr 2024 16:31
Baxış sayı:160
Bu xəbər 30 İyun 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















