Icma.az
close
up
RU
Qırğızıstanlı nazir: Azərbaycanla təcrübə mübadiləsi bizim üçün çox önəmlidir

Qırğızıstanlı nazir: Azərbaycanla təcrübə mübadiləsi bizim üçün çox önəmlidir

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan və Qırğızıstan qardaş ölkələrdir, regionda sülhün bərqərar olması hər iki xalq üçün böyük nailiyyətdir.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev deyib.
Nazir ölkəsinin Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: "Biz qardaş ölkələrik. Hazırda mən Azərbaycanla münasibətlərimizdən çox razıyam. İki ölkə arasında mütəmadi olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində görüşlər keçirilir. Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasına çox sevinirik. Bu, böyük nailiyyətdir. Eynilə Qırğızıstanda da biz çox uğurlu danışıqlar apardıq, qardaşlarımız olan Tacikistan və Özbəkistanla sərhədlərimizi müəyyən etdik. Sülh şəraitində yaşamaq çox vacibdir, xüsusən də bizim kimi səhiyyə nazirləri üçün, çünki biz insanların sağlam yaşamasına əhəmiyyət veririk. Buna görə də mən Azərbaycanı təbrik etmək istəyirəm. Gələn il biz Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının sammitinə ev sahibliyi edəcəyik. Mən Azərbaycan səhiyyə nazirini gələn il Qırğızıstana dəvət etmək istəyirəm və inanıram ki, bizim əməkdaşlığımız daha da güclənəcək".
O, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da güclənəcəyinə inandığını bildirib:
"Bildiyiniz kimi, bu il BMT-nin Baş Assambleyasında əsas səhiyyə mövzusu qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması olub. İnsanlar ürək, ağciyər xəstəlikləri, şəkərli diabet, şişlərdən (onkologiya) və yol-nəqliyyat qəzalarında dünyasını dəyişir. İlk dəfə olaraq, psixi sağlamlıq da əsas mövzulardan biri kimi qaldırılıb. Bildiyiniz kimi, ildən-ilə psixi sağlamlıq problemləri artır, insanlar əsəbi, depressiyalı olurlar".
Çeçeybayev qeyd edib ki, Qırğızıstanda psixi sağlamlıq və qeyri-infeksion xəstəliklərin risk amilləri ilə mübarizə üzrə milli strategiya hazırlanır: "Dörd əsas risk amili var ki, onları azaltmalıyıq: siqaret çəkmə, alkoqol istehlakı, fiziki aktivliyin azlığı və qeyri-sağlam qidalanma. Bu dörd amili azaltmaqla biz bütün əsas qeyri-yoluxucu xəstəliklərlə mübarizə apara bilərik. Azərbaycanla bu sahədə təcrübə və bilik mübadiləmiz çox yaxşıdır".
E.Çeçeybayev vurğulayıb ki, gələn il Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcək Qırğızıstan Azərbaycanın təşkilata üzvlük istəyini dəstəkləyəcək: "Təşkilat ildən-ilə böyüyür və genişlənir. Mən inanıram ki, təşkilat üçün Avrasiyanın daha çox ölkələrinin, o cümlədən Azərbaycanın qoşulması faydalı olacaq".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Oktyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri