Icma.az
close
up
RU
Qırıcı təyyarələr ora daşınır: Nə baş verəcək?

Qırıcı təyyarələr ora daşınır: Nə baş verəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Yaxın Şərqə altı ədəd F-35A Lightning II beşinci nəsil gizli qırıcı təyyarələrindən ibarət daha bir qrup göndərib.

Bazar günü üç KC-135 Stratotanker tankeri tərəfindən dəstəklənən transatlantik uçuşdan sonra təyyarə Yaxın Şərqə göndərilmək üçün Böyük Britaniyadakı “RAF Lakenheath”-də dayanıb.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ əvvəllər bölgəyə altı təyyarədən ibarət oxşar qrup göndərmişdi. Ərəb dənizində yerləşən Amerika təyyarədaşıyan gəmisində həmçinin 12 ədəd F-35C qırıcısından ibarət eskadrilya var. 

Ötən çərşənbə axşamı bu təyyarələrdən biri İranın təyyarədaşıyan gəmiyə yaxınlaşan“Şahed-139” pilotsuz təyyarəsini vurub.

F-35C-lərdən əlavə, təyyarədaşıyan gəmidə üç ədəd F/A-18 Super Hornet qırıcısı və elektron müharibə və hava hücumundan erkən xəbərdarlıq təyyarələri də var.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri əvvəllər Yaxın Şərqdəki aviabazalara üç F-15E Strike Eagles eskadrilyası, bir F-16 Fighting Falcons eskadrilyası və bir A-10 Thunderbolt II hücum təyyarəsi eskadrilyası yerləşdirib.

Döyüş təyyarələri ilə yanaşı, ABŞ bölgədə Patriot hava hücumundan müdafiə sistemləri və Terminal High Altitude Area Defense (THAAD) raketdən müdafiə sistemləri də daxil olmaqla hava hücumundan müdafiə vasitələri yerləşdirib.

“USS Lincoln”-un rəhbərlik etdiyi ABŞ aviadaşıyıcı zərbə qrupu Ərəbistan dənizində fəaliyyətini davam etdirərək aviadaşıyıcı əsaslı təyyarə uçuşları həyata keçirir. 

CENTCOM-un məlumatına görə, aviadaşıyıcı hazırda İran sahillərindən 800 km məsafədədir. Aviadaşıyıcı zərbə qrupuna 1600 km mənzilli Tomahawk kruiz raketləri ilə silahlanmış “USS Spruance”, “USS Michael Murphy” və “USS Frank Petersen” esminesləri daxildir.

“Marine Traffic”-in məlumatlarına görə, “USS Abraham Lincoln” təyyarə gəmisinin zərbə qrupunun bir hissəsi olan “USS Michael Murphy” Birləşmiş Ərəb Əmirliklərindəki Oman körfəzindəki “Fujairah” limanında bir müddət dayanıb. Esminets dənizə çıxmazdan əvvəl təxminən 10 saat limanda qaldı.

Bu arada, bazar ertəsi günü İranın bir pilotsuz təyyarəsinin Oman körfəzi üzərində uçduğu qeydə alınıb. Bu, F-35C təyyarə gəmisinə məxsus qırıcının ABŞ təyyarə gəmisinə yaxınlaşan İranın “Şahed-139” pilotsuz təyyarəsini vurmasından bəri bölgənin dəniz ərazisi üzərində uçan ilk İran PUA-sı idi.

Bu arada, “Flightradar24” yazır ki, bazar ertəsi günü ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsi İran yaxınlığında Hörmüz boğazı üzərindən uçub.

Təyyarə Bəhreyndəki Şeyx İsa hava bazasından havaya qalxıb. Çoxsaatlıq əməliyyat zamanı” P-8A Poseidon” Fars körfəzi ilə Oman körfəzi arasında hərəkət edərək Hörmüz boğazı üzərindən uçub.

Əvvəlki gün “P-8A Poseidon” təyyarəsi Bəhreynin şimalında, mərkəzi Fars körfəzindəki beynəlxalq sular üzərindən BƏƏ-yə çoxsaatlıq uçuş həyata keçirmişdi.

Bu Amerika patrul təyyarəsi müntəzəm olaraq Hörmüz boğazında, Fars körfəzində və Oman körfəzində vəziyyəti izləmək üçün istifadə olunur.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: F-35A Yaxın Şərq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri