Qırımızı işıqda keçib, qəza törətdi, svetoforu yararsız hala saldı Video
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, minik avtomobillərindən biri svetoforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə svetofora çırpılıb.
“Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına da səbəb olub. Mərkəzin əməkdaşları tərəfindən svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd piyada svetoforuna zərər dəyib”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Öz özünə gedən maşın svetoforu yararsız hala saldı Video
15 Dekabr 2025 16:06
Qəza nəticəsində piyada svetoforu yararsız hala düşdü
06 Yanvar 2025 17:04
Qırmızı işıqda keçdi, qəza törətdi Anbaan video
06 May 2025 11:31
Bakıda qırmızı işıqda keçən minik avtomobili svetoforu yararsız vəziyyətə salıb
06 May 2025 11:39
Piyada keçidindən qırmızı işıqda keçdi, qəza törətdi Video
27 Noyabr 2024 11:13
Baxış sayı:81
Bu xəbər 23 Yanvar 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















