Qırmızı ət orqanizm üçün vacib maddələrlə zəngindir Açıqlama
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Qırmızı ətin tərkibində insan orqanizmi üçün vacib və əvəzolunmaz komponentlər var.
Redaktor.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Olqa Tarasova lenta.ru-ya müsahibəsində danışıb.
Tarasovanın sözlərinə görə, ət kreatinlə zəngindir. Bu maddə əsasən heyvan mənşəli məhsullarda olur. Bundan əlavə, qırmızı ətin tərkibində yaxşı mənimsənilən heme dəmiri çoxdur və bu da xüsusilə qadınlarda dəmir çatışmazlığı anemiyasının qarşısını almağa kömək edir.
Həkim bildirib ki, dəmir çatışmazlığının əlamətlərinə adi fiziki yüklənmə zamanı nəfəs darlığı, baş ağrıları, düşüncənin bulanıqlığı və xroniki yorğunluq daxildir.
Pediatr əlavə edib ki, qırmızı ətin rasiondan çıxarılması sink çatışmazlığı riskini 35 faizə qədər artıra bilər. Sink isə immunitetin formalaşması, dəri sağlamlığı, reproduktiv sistemin fəaliyyəti və orqanizmin inkişafı üçün vacibdir.
Tarasova 2025-ci ildə aparılan araşdırmaya istinad edərək bildirib ki, gündə 14–71 qram yağsız mal ətinin daxil olduğu Aralıq dənizi pəhrizi bağırsaq mikrobiotasının müxtəlifliyini artırır. Bununla yanaşı, ürək-damar xəstəlikləri riski ilə əlaqəli olan "TMAO" maddəsinin səviyyəsi 1,7–2 dəfə azalır.
Aytəkin TOFİQQIZI
Baxış sayı:170
Bu xəbər 10 Mart 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















