Qırmızı kürü sevənlərə ölümcül təhlükə barədə xəbərdarlıq edildi
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Qırmızı kürüdə anizakidlər ola bilər, bunlar dairəvi qurdlara aid bir parazit növüdür. Parazitlər balığın əzələlərində, daxili orqanlarında və hətta kürüsündə yaşayır.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, parazitin orqanizmə düşməsinin nəticələri arasında səpgilər, allergik reaksiyalar, həmçinin dəridə qızartılar ola bilər. Əgər ürəkbulanma, ishal kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət etmək lazımdır.
Parazitoloq Yevgeni Morozovun sözlərinə görə, özbaşına müalicə aparmaq həyati təhlükə yarada bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yoluxma riskindən yayınmaq üçün kürünü çəki ilə, bazarlarda və ya internet elanları vasitəsilə almaq olmaz. Məhsulu yalnız mağazalardan və etibarlı istehsalçılardan seçmək lazımdır. Üstünlük şüşə bankalara verilməlidir, çünki şəffaf qablaşdırma sayəsində məhsulun görünüşünü almazdan əvvəl qiymətləndirmək mümkündür.
Həmidə İbrahimova
Baxış sayı:104
Bu xəbər 28 Noyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















