Icma.az
close
up
RU
Qırmızı soğanın nadir faydaları

Qırmızı soğanın nadir faydaları

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha faydalıdır.

Belə hesab olunur ki, onun tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.

Qırmızı soğan "antosian" maddələrlə zəngindir. Məhz bu maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.

Saglamolun.az bildirir ki, qırmızı soğanın tərkibində unikal "kversetin" maddəsi var. Kversetinin güclü spazmolitik, antihistamin, iltihabəleyhinə, ödeməleyhinə, antioksidant xüsusiyyətləri var.

Nəzərə almaq lazımdır ki, faydalı maddələrin konsentrasiyası soğanın ən yuxarıda olan qatında daha çoxdur. Bu səbəbdən qırmızı soğanın qabığını ehtiyatla soymaq lazımdır.

Qırmızı soğan həzm proseslərini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğan xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəsiyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.

Alimlər tərəfindən sübut olunub ki, qırmızı soğanı tez-tez yeyən insanların qanında "pis" xolesterinin səviyyəsi aşağı düşür. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alır. Həkimlər həftə ərzində 3-5 baş soğan yeməyi tövsiyə edirlər.

Həmçinin qırmızı soğan qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet xəstələri bu tərəvəzi öz qidalanmasına daxil etməlidir.

Kükürdlə zəngin olan qırmızı soğan dərinin, dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.

Qırmızı soğan zökəm, soyuqdəymə xəstəlikləri, qripp, öskürək zamanı çox yaxşı kömək edir, damaqların vəziyyətini yaxşılaşdırır - iltihabəleyhinə təsir edir, damaqları möhkəmləndirir.

Qədim zamanlardan qırmızı soğan kişilərdə potensiya problemlərinin müalicəsində istifadə olunurdu.

Bəzi xəstəliklər zamanı qırmızı soğanın qəbulu arzuolunmaz sayılır. Qırmızı soğan ağır böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi, dəri xəstəlikləri zamanı əks-göstərişdir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri