Qırmızıda yolayrıcına qəfil girən sürücü qəza riski yaratdı Baxın sonda nə oldu VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron rayonu, Masazır dairəsində yol hərəkəti qaydasını pozan sürücü avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 7-də saat 20:30 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 77-XZ-824 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub.
Belə ki, o, nizamlayıcının qırmızı işığına məhəl qoymadan hərəkətdə olan avtomobilin yoluna qəfil çıxaraq təhlükəli vəziyyət yaradıb. Nəticədə görüntünü qeydə alan sürücü qəza riski ilə üzləşib. Xoşbəxtlikdən o, vaxtında dayanaraq mümkün toqquşmanın qarşısını alıb.
Hadisə zamanı avtomobildə olan azyaşlı uşaq qorxaraq həyəcan keçirib. Daha sonra sürücü qayda pozan avtomobilə yaxınlaşaraq iradını bildirib. Yük maşınının sürücüsü isə törətdiyi xətanı qəbul edərək üzr istəyib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















