Qırmızıdan keçən sürücü toqquşmadan yayınarkən MAŞINI AŞIRDI VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Qaydanı pozan sürücü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, İbrahim A.-nın idarə etdiyi 16-ADL-39 dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığından keçib. Hərəkətdə olan başqa bir maşınla toqquşmamaq üçün manevr edən sürücü maşını əvvəlcə dirəyə, daha sonra səkidəki ağaca vuraraq aşırıb.
Qəzada İbrahim A. ağır, sərnişin Erhan K. isə yüngül xəsarət alıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Sözügedən qəzanın videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:Qırmızıdan keçən sürücü ağır qəza törədib piyadanı da vurdu VİDEO
19 İyun 2025 10:16
”Mercedes”lə qırmızıdan keçən sürücü yolayrıcında motosiketçini vurub havaya uçurdu VİDEO
14 Avqust 2025 02:41
Qırmızıdan keçən motosikletçi “Renault”la toqquşdu ANBAAN VİDEO
07 Oktyabr 2025 23:07
Bakıda güclü külək ağacı AŞIRDI VİDEO
05 Noyabr 2024 11:55
Qırmızıdan keçən Audi skuterli qızları vurdu; ikisi də öldü VİDEO
15 Sentyabr 2025 23:08
Baxış sayı:77
Bu xəbər 10 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















