Ərdoğan: “44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər“
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qarabağda 44 gün davam edən Vətən müharibəsində düşmənlər tərəfindən yayılmış şayiələr vardı, onlar Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər.
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya Türk Dili Ailəsi Günü" münasibətilə keçirilən tədbirdə çıxışında deyib.
Türkiyə lideri qeyd edib ki, CHP nümayəndəsi Türkiyədən Azərbaycana silah yardımı edildiyi və şayiələrə görə cihadçı qrupların Azərbaycana göndərildiyi haqqında əsassız ifadələr işlətmişdi.
"1945-ci ildə Boraltan faciəsində olduğu kimi, Qarabağın azadlıq mübarizəsində də eyni səhvi etdilər; millətimizi utandırdılar, məyus etdilər. Yalnız Qarabağda deyil, ondan əvvəl Suriyada da eyni vicdansız davranışa şahid olduq", - o əlavə edib.
R.T.Ərdoğan Boraltan faciəsini Türkiyə tarixi üçün qara ləkə adlandırıb.
"Türk dünyasının mövcudluğundan danışmaq təkcə sərhədlərimizdən kənarda deyil, 1940-cı illərdə ölkəmizdəki təkpartiyalı dövrdə də qadağan edilmişdi. Təkpartiyalı dövrdə Türkiyədən kənarda da türklərin olduğunu demək cinayət sayılırdı. Bu dövrdə Azərbaycandan Türkiyəyə sığınmış azərbaycanlı türkləri Boraltan körpüsündə güllələnəcəklərini bilə-bilə onları qatillərinə təhvil vermişlər. Boraltan faciəsi CHP-nin Türkiyə tarixində iz qoymuş qara ləkəsidir. Bu faciə millətimizin, Azərbaycan türklərinin mənəvi dünyasında dərin yaralar açmışdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















