Icma.az
close
up
RU
Qırx ildən sonra doğma auditoriyada … REPORTAJ

Qırx ildən sonra doğma auditoriyada … REPORTAJ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 iyun, Təhminə Verdiyeva, AZƏRTAC

Artıq Qarabağ Universiteti təkrar qovuşmaların şahidinə çevrilib. Burada illərin yaşanmış xatirələri dillənir. Ağaran saçlar, solğun şəkillər, titrək baxışlarla bir araya gələn insanlar keçmişin dirilən izləridir. AZƏRTAC 1981–1985-ci illərdə Qarabağ Universitetində təhsil almış və bu gün burada yenidən bir araya gələn insanların təəssürat dolu hekayəsini təqdim edir.

Universitetin divarları sanki onları tanıyırdı. Bir vaxtlar gülüşlərlə dolu olan dəhlizlər indi səssizlik içində xatirələri qucaqlayırdı. Hər yerdə bir iz, hər tərəfdə bir gənclik nəfəsi vardı. Qırx il əvvəl ümidlərlə bu təhsil ocağından ayrılan insanlar bu gün həyatın sınaqlarından keçmiş, lakin ruhu hələ də eyni parlaq olan tələbələrə çevriliblər. Qarabağ Universiteti onlar üçün yalnız bir elm məbədi deyil, həm də Vətənin simvoludur.

“Bu torpaqda yenidən addımlamaq sanki bir möcüzədir. Addımlarımızı illər sonra da sevgi ilə qarşılayan yollar var burada. Universitet bizə o qədər maraqlı xatirələr buraxıb ki… Hansını danışım, bilmirəm. O illər yaddaşımıza əbədi həkk olunmuş unudulmaz tələbəlik illəridir. Hər küncdə bir hekayəmiz, hər baxışda bir keçmişimiz var. Qarabağ Universitetinə qayıtmaq gəncliyimi yenidən yaşamaq kimidir”, – deyə Zenfira xanım Quliyeva bildirir.

“1981-ci ildə Qarabağ Universitetinə (ovaxtkı Stepanakert Pedaqoji İnstitutu) qədəm qoyduq, 1985-ci ildə isə böyük arzularla yola salındıq. Heç ağlımıza gəlməzdi ki, bu ayrılıq düz 40 illik bir qürbətə çevriləcək. Torpaq yad baxışlara peşman olacaq, yollar doğma addımlara həsrət qalacaq, xatirələr isə qəlbin dərinliyində gizlicə yaşayacaq. İndi 2025-ci ildir. Kimimiz Moskvadan, kimimiz Qazaxıstandan, kimimiz Sibirdən, kimimiz isə Bakının gur səs-küyündən buraya gəldik. İllərin xatirələrini yenidən oyatmaq, bir zamanlar nəfəs aldığımız divarlara toxunmaq üçün. Bu gün hər birimizin əli bir daşda, gözü bir divarda, xatirəsi isə könlündədir. O vaxtlar gənc, ümidli idik. Bu gün 60-65 yaşımız olsa da, ürəyimizdəki tələbəlik çağları hələ də təravətini qoruyur. İçimdə həm hüzn, həm də qəribə bir rahatlıq var. Çünki nəhayət, illərlə arzuladığım doğma məkana qovuşmuşam. Bu torpaq bizi unutmayıb”, – deyə Nuridə xanım Aslanova fikrini bölüşür.

Universitet binası qarşısında toplaşan insanlar baxır, xatırlayır və susurlar. Sükut bəzən sözlərdən daha güclü olur. Auditoriyalardan birinə daxil olurlar. Oturacaqlar dəyişib, amma qoxu eynidir – kitab, gənclik və ümidin qoxusu… Pilləkənlərlə qalxanların baxışları isə daha çox içlərinə yönəlib.

“Bu günlərdə zaman sanki dayanmışdı. 1985-dən 2025-ci ilə uzanan 40 il bir an içində əriyib getdi. Görüş yerində bir-birimizin gözlərinə baxanda içimizdə qəribə bir istilik, qəlbimizdə isə sanki ayrılıq yox, davam edən bir dostluq vardı. Elə bil, zaman deyil, sadəcə, məsafələr bizi ayırmışdı. O gün hər birimiz yenidən 20 yaşımıza qayıtdıq. O auditoriyalar, dar yataqxana otaqları, çay süfrələrinin qoxusu burnumuzda idi. Deyirlər, ruh qocalmır. Bu doğrudur. Qarabağ Universitetində keçən illər həyatımın ən saf səhifələridir. Sadə idik, amma bir o qədər də zəngin. Bir parça çörəyi bölüşməyin, gecə yarısı dərs əvəzinə çay içərək dünya məsələlərini müzakirə etməyin ləzzəti başqa idi. Tələbəlik dostluğu bir başqadır. O illər bizi bir-birimizə bacı-qardaş etdi. Bu gün baxışlarda o isti duyğunu görmək, 40 illik həsrətin ardından, bəlkə də, ən dəyərli hissdir. Hər şey yadda qalmışdı: kitabxananın sakitliyi, dərsə gecikməyin həyəcanı, müəllimlərin səsləri, gülüşlərimiz… Yaddaş təkcə beyin deyil, ruhun da işidir”, – deyə Hüsniyyə xanım Kərimova danışır.

“1981-ci ilin payızı... Ali məktəbin həyətinə ilk dəfə qədəm qoyduğumuz gün… Sanki dünən idi. Gözlərimizdə arzular, qəlbimizdə müəllimlik qüruru vardı. Həyatın ən gözəl yerində dayanmış kimi idik, çünki bizi müqəddəs bir yol gözləyirdi: Müəllimlik!

Xankəndidə keçən dördillik tələbəlik yalnız təhsil deyil, dostluq, gənclik, birlik və xəyallar dövrü idi. Hər şeyi bir yerdə yaşayırdıq. Dərdi, sevinci, bir tikə çörəyi bölüşürdük. İnstitutumuz beynəlmiləl bir ocaq idi – azərbaycanlı, erməni, rus – bir yerdə, mehriban yaşayırdıq. Heç vaxt nifrət, ayrı-seçkilik görməmişdik.

Hər yay Xanabad kəndində inşaat dəstəsinə gedərdik. Günəş altında çalışar, əllərimizlə gələcəyimizi qurardıq. Heç yadımdan çıxmaz, bir dəfə alaq təmizləyərkən erməni qız Zvart mənim sahəmə keçmişdi. Mübahisə etdik. Musiqi müəllimimiz Arkadi müəllim yaxınlaşıb sakitcə dedi: “Qızlar, mübahisə etməyin… Bu, erməni-müsəlman münaqişəsinə oxşayar”. O zaman bu sözlər mənə qəribə gəlmişdi. Amma 1988-ci ildə hadisələr başlayanda bu sözlərin nə qədər dərin mənası olduğunu anladıq.

1985-ci ildə məzun olduq, müəllimlik missiyamıza başladıq. Sonra o qara günlər gəldi... Torpaqlar işğal olundu, Qarabağdan didərgin düşdük. 30 il həsrətlə, nisgillə keçdi. Şəhidlərimizin qanı və güclü ordumuz sayəsində Qarabağ azad edildi. Bu gün, 40 ildən sonra yenidən Xankəndidəyik. Küçələr, səslər tanışdır, amma çox şey dəyişib. Bəziləri bu görüşdə yoxdur – Abdulla, Vaqif… Ruhunuz şad olsun. Aramızda olanlara cansağlığı diləyirəm. Xatirələrimizi danışdıq, güldük, kövrəldik. Amma bir həqiqəti dərk etdik: tələbəlik illəri ruhumuzda əbədi yaşayır”, – deyə Rəisə xanım Aslanova qeyd edir.

Bu görüş – 40 il əvvəl bağlanmış bir qapının yenidən ümidlə açılmasıdır. Gənclik eşqi ilə dolmuş divarlar bu gün həyatın yetkinliyini daşıyan insanlar üçün bir sığınacaqdır. Deyirlər ki, “keçmişini sevənlər gələcəyi qurmağa qadirdirlər”. Məhz bu səbəbdən bu qayıdış həm bir ümidin, həm də davam edən ruhun göstəricisidir. Bir zamanlar ayrılığın acısını yaşamış bu məkan indi sevgi və qürurla qucağını açır.

Nəhayət, hamı bir yerdə universitetin qarşısında şəkil çəkdirir. 40 il əvvəlki şəklin çəkildiyi yerdə, eyni ruhla, eyni səmimiyyətlə. Ola bilsin ki, bu şəkil onların ömür yolunun ən dəyərli nöqtəsinə çevriləcək, təkcə bir anı deyil, bir həyat fəlsəfəsini əks etdirəcək.

Bu görüş keçmişə ehtiram, gələcəyə ümid və bu günə minnətdarlıqla yazılmış bir dastandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri