Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Qış çempionu daha nələrdə əlçatmazdır? STATİSTİKA İdman və Biz

Qış çempionu daha nələrdə əlçatmazdır? STATİSTİKA İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” fasiləyə 1 tur qalmış ən yaxın izləyicisindən 5 xal aralanaraq qış çempionu adına sahibləndi. Bəs Ağdam klubu daha nələrdə yeni ili ən yaxşı kimi qarşılayacaq?

İdman.biz Misli Premyer Liqasının statistik göstəricilərini nəzərdən keçirərək çempionun daha hansı sahələrdə fasilə dövrünə əlçatmaz olduğunu, hansı suallara isə 18-ci turun cavab verəcəyini müəyyən edib.

Qələbə sayı 14 olan “Qarabağ”a bu sahədə ən azından 2024-cü ildə çatan olmayacaq. Premyer Liqada ikinci göstəriciyə malik “Araz-Naxçıvan”ın 12 qələbəsi var.

Ancaq ən az məğlubiyyətdə tək olaraq seçilməyi lider hələ təminat altına almayıb. 2 məğlubiyyəti olan “Araz-Naxçlvan” 18-ci turda 1 məğlubiyyətli Ağdam klubunu bu sahədə özünə bərabərləşdirmək üçün elə liderin özünü səfərdə dueldə üstələməyə çalışacaq. Evdə “Neftçi”ni qəbul edəcək 2 məğlubiyyətli “Turan Tovuz”un də niyyəti eyni olacaq.

45 qollu çempiona çatmaq üçün ikinci göstəriciyə malik “Zirə”nin 27 qolunun üstünə 1 oyuna daha 18-ni əlavə edəcəyini düşünməyə dəyməz. 7 qol buraxan liderlə dueldə 11 dəfə qapısında qol görmüş Naxçıvan təmsilçisinin 4 top üstünlüklə qalib gələcəyi də ağlabatan deyil. Top fərqinin isə adı belə çəkiləsi deyil. “Qarabağ” +38 göstəriciyə malik olduğu halda ikinci göstəriciyə malik “Zirə”də bu, +11-ə bərabərdir.

“Qarabağ” ev oyunlarının da qış birinciliyini artıq təmin edib. 21 ev xallı liderin ən yaxın izləyiciləri 17 xallı “Turan Tovuz” və “Araz-Naxçıvan”dır. Səfər qış birinsiliyini isə “Araz-Naxçıvan” yəqin ki əldə etməyə cəhd göstərəcək. Elmar Baxşıyevin 22 xallı yetirmələri 23 xallı “Qarabağ”a qalib gələcəkləri təqdirdə ilk pilləni ələ keçirə, bərabərlik halında isə şərikli liderliyə nail ola bilərlər.

Başqa oyun göstəricilərini də nəzərdən keçirək. Topa sahibolmada “Qarabağ” 66,4% orta göstərici ilə əlçatmazdır. Bu sahədə ən yaxın “Neftçi”nin (55,5%) 17 turdan sonra 1 oyuna 11 faizə yaxın fərqi aradan qaldırması mümkünsüzdür. “Qarabağ” son turda topa toxunmasa belə orta göstəricisi 62,7%-dən aşağı düşəsi deyil. “Neftçi”nin isə 58-ə belə çatmaq şansı yoxdur.

Dəqiq ötürmələr üzrə də ilk iki pillədə olan bu iki komanda arasında fərq kifayət qədər böyükdür. Əgər Qurban Qurbanovun yetirmələri hər oyuna orta 494,3 dəqiq ötürmə verirlərsə, “Neftçi”də bu göstərici 367,7-dir.

Dəqiq uzun ötürmələrdə isə “Qarabağ” (orta – 24,8) liderlik iddiasından uzaq olaraq 6-cı pillədə qərarlaşıb. Bu sahədə öndə “Zirə” (27,4) və “Sumqayıt”dır (27,2).

Zərbə sayında birinci olan “Qarabağ”a (16,8) ən yaxın “Sabah”dır ki (13,2), onun da 1 oyuna bu fərqi aradan qaldırması mümkün deyil.

Driblinqlərdə də öndə olan bu iki komanda arasındakı fərq aradan 1 oyuna qaldırılmayacaq qədər böyükdür. “Qarabağ”da bu göstərici 21,6, “Sabah”da 16,5-dir.

Künc zərbələrini hamıdan çox Ağdam klubu (7,6) yerinə yetirdiyi halda, bu sahədə “Neftçi” 4,9 kornerlə ikincidir. Bu da liderin əlçatmazlığının bir göstəricisidir.

Göründüyü kimi bütün sahələrdə olmasa da, əksər göstəricilərdə “Qarabağ” fasiləyə lider kimi yollanmağı, 1 tur qalmasına baxmayaraq, özünə təmin edib.

Vüqar Məmmədov
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri