Icma.az
close
up
RU
Qış fəslinin vitamin mənbələri

Qış fəslinin vitamin mənbələri

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsan orqanizmi daim ona lazım olan vitamin və mikroelementləri almalıdır.

Əks halda  orqanizmdə müxtəlif pozulmalar baş verə bilər. Avitaminoz immun sistemimizə ciddi zərbə vurur və bunun nəticəsində insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır. Bu səbəbdən insan öz qidalanmasını elə tənzim etməlidir ki, bütün lazım olan vitamin və mikroelementlər onun orqanizminə daim daxil olunsun.

İlin isti aylarında bu problem asanlıqla həll olunur - vitamin və mikroelementlərin əsas mənbəyi olan meyvə, tərəvəz, giləmeyvələr, göyərti bol olur. Lakin soyuq aylarda bu kifayət qədər çətin işə çevrilir.

Beləliklə, soyuq aylarda orqanizmə lazım olan vitaminləri hansı məhsullardan qəbul etmək olar?

1. Sitrus meyvələri (naringi, portağal, limon, kivi) soyuq fəsillərdə orqanizmi müxtəlif vitaminlər və mikroelementlərlə təmin edir. Bu vitaminlərin arasında  C vitaminin faydasını xüsusilə vurğulamaq lazımdır. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır, soyuqdəymə və qrip zamanı sağalma dövrünü qısaldır. Bütün bunlar isə soyuq aylarda xüsusilə vacibdir. Bu səbəbdən ilin soyuq fəsillərində sitrus meyvələri hər gün qəbul etmək lazımdır.

2. Tərəvəzlər soyuq fəsillərdə saxlanma zamanı, təbii ki, öz xeyirli xüsusiyyətlərinin müəyyən hissəsini itirirlər. Lakin tərəvəzlərdən imtina etmək düzgün deyil. Kələm, çuğundur, kök, kartof və s. daim menyunuzda olmalıdır.

Təzə göyərtilər (şüyüd, cəfəri, keşniş və s.) də orqanizmi vitamin və mikroelementlərlə təmin edir.

Soğan və sarımsağın qəbulunu soyuq aylarda artırmaq lazımdır. Bu tərəvəzlər immun sisteminə olduqca müsbət təsir edir.

Tez-tez salatlar qəbul edir: kələm, kök, bibər, soğan doğranılır, özərinə zeytun yağı və limon şirəsi əlavə olunur və qarışdırılır. Belə salatlar həm vitaminlə zəngindir, həm də mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

2. Süd məhsulları (qatıq, kefir, xama, yoqurt və s.) müxtəlif vitaminlər və mikroelementlərin zəngin mənbəyidir. Bu məhsullar B qrupu, D, C kimi vitaminlərlə, kalsium, fosfor kimi mikroelementlərlə olduqca zəngindir. Bu məhsulların tərkibində olan lakto və biridobakterilər insanın immun sistemini möhkəmləndirir. Nəzərinizə çatdıraq ki, yalnız saxlama müddəti qısa olan süd məhsulları (3 aya kimi) orqanimi lakto və bifidobakterilərlə tam həcmdə təmin edə bilərlər. Saxlama müddəti uzun olan süd məhsulları xeyirli bakterilərdən çox, konservant və s. xeyirli olmayan maddələrlə "zəngindir".

3. Ət (ət, toyuq, balıq) orqanizmi bir çox əvəzsiz maddələrlə təmin edir.

4. Soyuq fəsillərdə müxtəlif sıyıqların (yulaf, darı yarmaları, qarabaşaq, qəhvəyi düyü və s.) qəbulunu artırın.

5. Bal əvəzsiz məhsuldur. Balın gündəlik qəbulu orqanizmi vitaminlərlə təmin edir, immun sistemini möhkəmləndirir.

6. Soyuq aylarda quru meyvələri (ərik, qara qavalı, əncir quruları, kişmiş və s.) mütləq qəbul edin. Bu məhsullarda, demək olar, bütün vitamin və mikroelementlər saxlanılır. Meyvə quruları sıyıqlara əlavə edin, komptotlar bişirin. Ən faydalı resept: axşamdan 2 litrlik termosda kişmiş, qara qavalı, ərik qurusu (hər meyvədən 1 ovuc) dəmləyin və növbəti gün ərzində için.

7. İtburnu və yemişan kimi giləmeyvələr də orqanizm üçün çox faydalıdır. Bu giləmeyvələri də termosda dəmləyib içmək çox yaxşıdır.

8. Yayda bişirilən müxtəlif mürəbbələr və kompotları da menynuza əlavə edin. Bişirilməyən mürəbbələr (qara qarağat, moruq və s.) daha xeyirlidir. Onlarda, demək olar, bütün vitaminlər saxlanılır. Moruq mürəbbəsini xüsusilə vurğulamaq lazımdır. Bu mürəbbəni orqanizmə olan təsirinə görə təbii antibiotik kimi qəbul etmək olar.

9. Qoz-fındıq da(qoz, fındıq, badam, püstə, keşyu və s.) vitamin və mikroelementlərin zəngin mənbəyidir. Hər gün 1 ovuc qoz-findıq qəbul edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri