Qış Olimpiya Oyunları: İdmançımız İtaliyada mübarizəyə başlayır
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizin idman şərəfini qoruyan fiqurlu konkisürənimiz Vladimir Litvintsev sabah ilk yarışına start verəcək.
Təmsilçimizin ilk çıxışı sabah Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə baş tutacaq.
Yarış öncəsi hazırlıq prosesi barəsində də danışan Anar Bağırov bildirib ki, idmançımız tam gücü ilə mübarizəyə köklənib:
"Vladimir hazırda çox gərgin və intizamlı məşq edir. O, gündə iki dəfə — həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır. İtaliyadakı Olimpiya kəndində komandamız üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik”.
Qeyd edək ki, fiqurlu konkisürənimiz Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.
Qış Olimpiya Oyunlarının məşəli yandırılıb İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Fevral 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















